"Azeri Light" ucuzlaşıb – Neftin qiymətinə nə təsir edir?
Dünya bazarında Azərbaycan neftinin qiymətində cüzi ucuzlaşma qeydə alınıb.
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 95,5 ABŞ dolları olub. Hazırkı qiymət Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq proqnoz göstəricidən xeyli yüksəkdir.
Maraqlıdır, bu, yalnız gündəlik bazar dəyişkənliyidir, yoxsa qarşıdakı dövrdə neftin ucuzlaşması ilə bağlı daha ciddi tendensiyadan xəbər verir?
Mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan neftinin gündəlik qiymət dəyişikliklərini izləmək analitik baxımdan ciddi əhəmiyyət daşımır:
"Azərbaycan neftinin bahalaşmasını, ucuzlaşmasını gündəlik təqib etməyin mənası yoxdur. Çünki bugünkü boğazı və elanlandırış gərginliyi fonunda ya ucuzlaşır, ya bahalaşır. Yəni, gündəlik qiymət dəyişiliyinin belə ciddi bir analitik, belə deyək, əhəmiyyəti yoxdur. Biz baxmalıyıq aylıq, rüblük və illik qiymət dəyişikliklərinə".
İqtisadçı qeyd edib ki, cari ilin əvvəlindən Azərbaycan neftinin orta qiyməti kifayət qədər yüksək səviyyədədir:
"İndi aralıq ortalama qiymət bu ilin əvvəlindən Azərbaycan nefti üçün çox yaxşı səviyyədədir. Yəni, ortalama qiymət hardasa 85 dollar, 88 dollar civarındadır ki, bu da kifayət qədər yüksək qiymətlərdir".
Fəridə Əsədzadə

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı