"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO

"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO
"Azərişiq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə "Azərişiq" Sədrinin müşaviri, "Azərişiq" YAP təşkilatının sədri Tanrıverdi Mustafayev açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü xidmətlərdən danışıb.
T.Mustafayev bildirib ki, gələcək nəsillər üçün ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti örnək olacaq.
Daha sonra çıxış edən "Azərişiq" sədrinin köməkçisi Xalid Təhməzov ulu öndərin iqtisadiyyatın bütün sahələri ilə yanaşı, energetika sahəsinə də böyük diqqət və qayğı ilə yanaşmasından danışıb.
O qeyd edib ki, hələ sovet dönəmindən ümummilli liderimizin təşkilatçılığı sayəsində Azərbaycanın elektroenergetikası iri addımlarla inkişaf edib.
Tədbir zamanı Strateji Araşdırma və Planlaşdırma şöbəsinin rəis müavini Elşən Məmmədov, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin baş mütəxəssisi Elvin Şıxaliyev, İşlər idarəsinin baş mütəxəssisi  Asəf Qasımov, mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə də öz çıxışlarında 90-cı illərin əvvəlində ölkəmizdə baş verən hərc-mərcliyin siyasi, iqtisadi, hərbi sahələrin tənəzzülü və o vaxtkı hakimiyyətdə olanların heç bir halda ölkəni qarşılaşacaq fəlakətdən qurtara bilməyəcəyini bildirdilər.
Bu zaman xalqın təkidli tələbi ilə ulu öndərin Bakıya dəvət edildiyi və bununla da siyasi arenada o cümlədən, cəmiyyətin bütün sahələrində sürətli inkişafın başladığını qeyd etdilər.
Çıxışlarda sovet dövrünün çətinlikləri şəraitində ümummilli lider Heydər Əliyevin öz xalqı üçün gördüyü qiymətli işləri xatırladılaraq, milli kadrların yetişdirilməsi və onların siyasi idarəçilik institutlarında yerləşdirilməsinin əhəmiyyəti haqqında söhbətlər aparıldı.
Müzakirələrin sonunda "Azərişiq" ASC-nin sədr müavini və YAP təşkilatının sədri T.Mustafayev ümummilli liderin göstərdiyi misilsiz xidmətlərin daim qədirbilən xalqımız tərəfindən xatırlanacağını qeyd edib. 
O, bu və bu kimi tədbirlərin təşkilinin yüksək əhəmiyyət daşıdığını və davamlı keçirilməyə ehtiyac olduğunu fikirlərinə əlavə edib.
"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO"Azərişiq" ASC-də Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib - FOTO

Sosial       Tarix: 10 may 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu bugunun xeberleri bugünki xəbərlər butun xeberler