"Azərlotereya" şəhid övladları üçün təqaüd ayırdı

Haqq-ədalət savaşımızda şücaətlə döyüşərək bizə qələbə hissini yaşadan şəhidlərimizin ailələrinə dəstək olmağı özünə borc hesab edən "Azərlotereya" ASC bu istiqamətdə yeni sosial layihəyə start verir.
"Əmanətə sadəqət" devizinə əsaslanan "Azərlotereya" vətən uğrunda canlarından keçmiş İkinci Qarabağ Müharibəsi şəhidlərinin övladlarının parlaq gələcəyi naminə onları təqaüdlə təmin edəcək.
"Azərlotereya"nın təhsil təqaüdü Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.
Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək sosial layihə ilkin mərhələdə 32 nəfəri əhatə edəcək ki, onlardan hazırda 25-i Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır.
Təhsilin tərəqqisinə yönələn layihələrə dəstək göstərməkdə maraqlı olan "Azərlotereya" bu sferada Təhsil Nazirliyi və və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığa davam edəcək.
Məqsəd şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir. Ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq "Azərlotereya"nın təqaüd proqramı da şəhid övladlarının gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq.
44 günlük müharibə dövründə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhidlərimizin ailələrini diqqət mərkəzində saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədlə onların sosial müdafiəsinə hesablanan layihələrin təşəbbüskarı kimi "Azərlotereya" bundan sonra da hünərlik zirvəsi olan şəhid ailələrinə dəstək olmağa davam edəcək.
"Azərlotereya"nın təqaüd proqramı cari və növbəti illərdə Azərbaycanda və Türkiyədə ali təhsil almaq istəyən şəhid övladlarına da şamil olunacaq.

İqtisadiyyat       Tarix: 30 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xankendi son xeberler bugun cəbhədən son görüntülər