"Azərlotereya"da yeni təyinat
"Azərlotereya" ASC-də kadr dəyişikliyi olub. Şirkətin Marketinq üzrə yeni baş rəhbəri Nuranə Teymurova təyin edililib.
azxeber.com xəbər verir ki, o, bundan öncə PAŞA Sığorta şirkətində Rəqəmsal və pərakəndə biznes blokunun rəhbəri vəzifəsində çalışıb. Nuranə Teymurova 2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, eləcə də Dövlət Neft Fondu və "Azercell Telekom" MMC-də müxtəlif vəzifələr üzrə fəaliyyət göstərib.
Kadr siyasətində peşəkar kollektivin formalaşdırılmasına önəm verən "Azərlotereya" Türkiyə şirkətinə idarəetməyə verildikdən sonra əməkdaşlarının sayı 4 dəfədən çox artırılaraq 49-dan 225-ə qaldırılıb.
Beynəlxalq standartlarla ayaqlaşan fəaliyyət sferasında "Azərlotereya" yerli əməkdaşlarla yanaşı xarici mütəxəssisləri də işə cəlb edir. Ölkənin qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilmiş "Azərlotereya"da rəqabətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən biridir.
"Azərlotereya" üzvü olduğu Avropa Lotereyaları Assosiasiyası (EL), Dünya Lotereyaları Assosiasiyası (WLA), həmçinin "Scientific Games", "Demirören Holding" və digər xarici partnyorların təqdim etdiyi seminarlarda öz işçilərinin iştirakını təşviq edərək kritik biznes tərəfdaşlarının müasir beynəlxalq standartlara bələd olması üçün mütəmadi olaraq məlumatlar bölüşərək təlimlər həyata keçirir.
"Azərlotereya"da işçilər peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların inkişafının artırılması məqsədilə münbit şərait və rəqabətə davamlı əmək haqqı ilə təmin olunurlar.

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür