AZVİRT şirkətinin direktoru: "Növbəti hədəflər Zəngilan və Laçın hava limanlarıdır
"Bu ilin yanvarın 14-də təməlini qoyduğumuz Füzuli Beynəlxalq Hava Limanının tikintisinin əksər işlərini bitirmişik. Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3 km və eni 60 m olan uçuş-enmə zolağı tikilib".
"Report" xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında AZVİRT şirkətinin direktoru Kamil Əliyev deyib.
"Demək olar ki, ümumi işlərin 95 faizi yekunlaşıb və hazırda tamamlanma işləri gedir. Tikinti zamanı burada minalardan təmizlənmə işləri aparılırdı. Eyni zamanda burada tikintinin aparılması üçün heç bir infrastruktur olmayıb və biz paralel olaraq infrastrukturu da yaratmışıq. Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik. Növbəti hədəflər isə Zəngilan və Laçın hava limanlarıdır", - o əlavə edib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR