Baba Vəziroğlu: "Milli Məclis seçkiləri bizə yeni bir tarixi an yaşadır"
"Hazırda yeni bir tarixi dövr yaşayırıq. İlk dəfədir ki, Azərbaycanın bütün ərazisində parlament seçkiləri keçiriləcək və xalqımız öz təmsilçilərini seçəcək".
KONKRET.az xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
O qeyd edib ki, Azərbaycan bu uğura Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində nail olub: "Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına başa gələn tarixi qələbənin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir nöqtəsində seçicilər səs verəcəklər. Bu baxımdan bu parlament seçkiləri xüsusi önəm daşıyır. Mən özüm Şuşa və Xandəndidən yeni qayıtmışam. Orada da parlament seçkilərinə ciddi, yüksək səviyyədə hazırlıq gedir. Hesab edirəm ki, bu parlament yeni reallıqlara uyğun olmalıdır, xalqımızı və dövlətimizi layiqində təmsil etməlidir".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar