"Backstreet Boys"un üzvü təcavüzdə ittiham edilir: "Dayanması üçün dəfələrlə yalvardım..." - FOTO/VİDEO

"Backstreet Boys"un üzvü təcavüzdə ittiham edilir: "Dayanması üçün dəfələrlə yalvardım..." - FOTO/VİDEO
Autizm və serebral iflicdən əziyyət çəkən amerikalı Şennon Rut "Backstreet Boys" qrupunun üzvü Nik Karterin onu zorladığı iddiası ilə məhkəməyə müraciət edib.
Təcavüzün illər öncə, özünün azyaşlı olduğu vaxt baş verdiyini iddia edən qadın 30 milyon dollar təzminat tələb edir.
İddiaya görə, qrupun 2001-ci ildə Vaşinqtonda verdiyi konsertdən sonra Karter avtoqraf üçün növbədə dayanmış qızı görüb və həmin vaxt 17 yaşında olan Rutu öz tur avtobusuna dəvət edib.
İddiaya görə, müğənni ona "VIP juice" adlı içki verib, sonra da cinsi təcavüz edib.
"Mən dayanması üçün ona dəfələrlə yalvardım. Bundan (təcavüzdən) sonra o məni hədələdi. O, həm də Nik Karter olduğu üçün insanları mənə qarşı çevirəcəyini və həyatımı məhv edəcəyini söylədi", - deyə hazırda 39 yaşında olan Rut əlavə edib.

Bundan əlavə, Rutun vəkilləri bu hadisə nəticəsində qızın insan papillomavirusuna yoluxduğunu iddia edirlər.
Nik Karter isə fanatını zorladığına dair şayiələri təkzib edib.
"20 il əvvəl baş verdiyi deyilən hadisə ilə bağlı bu iddia nəinki hüquqi cəhətdən əsassızdır, həm də tamamilə həqiqətə uyğun deyil", - deyə müğənninin vəkili Maykl Holtz bildirib.
Vəkil vurğulayıb ki, Rut bir neçə ildir ki, Karterə qarşı saxta ittihamlar irəli sürmək üçün manipulyasiya edilir.
Mənbə: New York Post / oxu.az

Maraqlı       Tarix: 09 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun krimnal bugun son xabar meherremlik 2026