Bakcell abunəçiləri üçün "Asan İmza"nı SMS vasitəsilə yeniləmək imkanı

Bakcell abunəçiləri üçün Bakcell abunəçiləri "Asan İmza" xidmətinin müddətini artıq SMS vasitəsilə uzada bilərlər.
Azxeber.com xəbər verir ki, "Fərdi", "Biznes" və "Dövlət" tipli "Asan İmza" sertifikatlarına sahib olan bütün Bakcell abunəçiləri "Asan İmza" xidmətini növbəti 3 il müddətinə uzatmaq üçün "8500" qısa nömrəsinə aşağıdakı açar sözlərdən birini SMS vasitəsilə göndərə bilərlər:
"ferdi" – fiziki şəxslər üçün;
"biznes" – hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün;
«dovlet» – dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün.
"Asan İmza" sertifikatlarının müddətinin SMS vasitəsilə uzadılması xidmətindən Prepaid (əvvəlcədən ödənişli) və Postpaid (sonradan ödənişli) Asan İmza SİM kartlarının mövcud istifadəçiləri yararlana bilər. "Asan İmza" xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün "8500" qısa nömrəsinə "status" açar sözünü SMS vasitəsilə göndərmək lazımdır. "8500" qısa nömrəsinə göndərilən bütün SMS-lər pulsuzdur.
Nəzərə almaq lazımdır ki, "Asan İmza" xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə "Asan İmza" sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış "Asan İmza" sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. "Asan İmza" sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.
"Asan İmza" xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət qulluqçuları və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər. İlk dəfə bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqələri ilə Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən birinə müraciət etməli və burada "Asan İmza" xidmətini aktivləşdirərək "Asan İmza" SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda Asan İmza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.

İqtisadiyyat       Tarix: 02 dekabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -


azerbaycan xeberleri yeni xeberler son xeberler ensonxeberler iqtisadiyyat xeberleri bugun son xeberler 2026 xeberler bugun