Bakı metrosunda qatarlar yenə gecikdi
Bakı metrosunda qatarlar yenə gecikdi
Bakı metrosunda qatarların hərəkət intervalında gecikmə olub.
Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hadisəyə səbəb sərnişinlərin sayının çoxluğu olub:
"Bu gün səhər saatlarında bəzi stansiyalarda sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayır və bu da qatarın 20-30 saniyyə gecikməsinə səbəb olur.
Qatar stansiyadan gec çıxdığı üçün tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır. Nəticədə, bəzi stansiyalarda interval 4-5, "İçərişəhər" və "20 Yanvar" stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın normaya salınması üçün işlər görülür".
B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.
Könül Cəfərli /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb