Bakı Moskvadan konstitusiya dəyişikliyi tələb etməlidir? – İlginc ərazi mübahisəsi
Erməni politoloq Vahram Atanesyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün rəsmi İrəvanın Konstitusiyasına dəyişiklik etməsi tələb olunub. O iddia edib ki, Azərbaycan öz Konstitusiyasını dəyişdirərək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) deyil, Azərbaycan SSR-in varisi olduğunu bildirməlidir.
KONKRET.az xəbər verir ki,mövzu ilə bağlı danışan politoloq Sultan Zahidov səslənən fikirləri cəfəngiyat adlandırıb:
"Azərbaycan Konstitusiyasında Müstəqillik Haqqında Konstitusiya aktına istinad var. Sözügedən aktda Azərbaycan AXC varisi kimi qeyd olunur. Lakin Ermənistana qarşı ərazi iddiaları ilə bağlı açıq-aşkar ifadələrə yer verilməyib.
Bir çox ölkələr özünün normativ-hüquqi aktlarında əvvəl mövcud olmuş hansısa dövlətin hüquqi varisi olduğunu qeyd edirlər. Məsələn, Rusiya Federasiyası SSRİ-nin varisi kimi daxili və beynəlxalq normativ hüquqi aktlarda çıxış edir. Onda belə çıxır ki, vaxtilə SSRİ daxilində olan 15 ölkə Rusiyadan konstitusiya dəyişikliyi tələb etməlidir ki, həmin ölkələrə ərazi iddiası var".
Politoloqun sözlərinə görə, bir ölkə əvvəl mövcud olmuş ölkənin varisi kimi çıxış edəndə onun dövlət atributlarının, hüquqi borclarının daşıyıcısına çevrilir:
"Bu həmin dövlətin digər ölkələrə ərazi iddiası olduğu mənasına gəlmir. Lakin Ermənistan Konstitusiyasının preambulasında yazılıb ki, 1990-cı ildə qəbul etdiyi Müstəqillik bəyannaməsinə əsaslanır. Burada həm Ermənistanın 1918-ci ildə yaranmış Ermənistan Respublikasının varisi olduğu, həm də "Ermənistan və Qarabağın birləşməsinin zəruriliyi" qeyd edilir. Qarabağ tarixi, beynəlxalq, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Bu halda Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac var".
/ Globalinfo.az
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar