Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçirilir

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçirilirBu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb.
Azxeber.com "oxu.az"a istinadən xəbər verir ki, üç gün davam edəcək tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir.
IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda Azərbaycan iqtisadiyyatına, o cümlədən sənaye, kənd təsərrüfatı və turizm sahələrinə investisiya qoyuluşu imkanları, Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) barədə panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.
Tədbir çərçivəsində həmçinin iş adamları Bakıda və regionlarda bir sıra istehsal müəssisələri ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar.
Xatırladaq ki, IBF-i 1995-ci ildə Müstəqil Sənayeçi İş adamları Dərnəyi (MUSİAD) təsis edib və hər il qurumun müxtəlif ölkələrdə forumu keçirilir. Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVID dövründə ölkələr arasında ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır.
IBF-in Bakıda keçirilməsi ilə bağlı bu ilin iyul ayında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təşkilatçı ilə anlaşma memorandumu imzalayıb. Forum İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Ticarət Nazirliyinin dəstəyi ilə, "Azərbaycan: Asiyanın incisi" şüarı ilə təşkil olunub.

İqtisadiyyat       Tarix: 15 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber dunya xeberleri valyuta mezennesi kriminal xeberler