Bakıda avtobus dayanacağında qadına hücum edən şəxs saxlanılıb - VİDEO
Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir qadın Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək 27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. Zərərçəkən həmin şəxsin onun boğaz nahiyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını bildirib. Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əməkhaqqı kartının olduğunu bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.
Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir. Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR