Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ
Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ
Sosial şəbəkələrdə bərbərxanaların və gözəllik salonlarının fəaliyyətini davam etdirməsi ilə bağlı müzakirələr gedir.
Məsələ barədə Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq.
İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilib:
"Xüsusi karantin rejimi dövründə bütün ictimai-iaşə obyektlərində - kafe, restoran, çay evlərində müştərilərə yerində xidmət dayandırılıb. Bu obyektlərdən məhsulların evə çatdırılma xidmətinə isə məhdudiyyətsiz icazə verilib.
Supermarketlər, ərzaq mağazaları və apteklər isə fəaliyyətini davam etdirir.
"Bərbərxana, gözəllik salonları, avtomobil təmiri sexləri, oyun salonları və digər buna bərabər əhaliyə yerində xidmət göstərən obyektlərin fəaliyyəti də dayandırılıb.
Fiziki və hüquqi şəxslərdən xahiş edirik ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl etsinlər. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq cəzalandırılacaqlar", - deyə E.Hacıyev qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.
Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.
İlhamə Əbülfət

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb