Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTO

Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTOBakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTO
Fevral ayının son günlərini yaşayırıq. Təbii ki, yerləşdiyimiz iqlim qurşağında hələ ki təzə meyvənin yetişdiyi vaxt deyil. Amma qışın oğlan çağında da Bakı əhalisini təzə meyvə ilə təəccübləndirmək mümkün deyil - dükan-bazarlarda sanki bir saat öncə ağacdan yığılmış kimi görünən meyvələr az deyil. Maraqlı olanı - piştaxtaları bəzəyən bu meyvələr arasında özünü də, adını da tanımadığımız nümunələrin günü-gündən çoxalmasıdır.
Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTOEkzotik meyvələr haradan gətirilir, niyə gətirilir, nəyə yarayır, neçəyə satılır - bu suallara cavab tapmaq üçün Oxu.Az-ın əməkdaşları əhali arasında sərfəli alış-veriş məkanlarından biri kimi tanınan "Yaşıl bazar"a baş çəkiblər.
Diqqətimizi çəkən ilk məqam bazarda olan seyrəklikdir. Birbaşa ekzotik meyvələr satılan hissəyə keçirik.
Ekzotik meyvələrin əksəriyyəti soyuducularda, qablaşdırılmış şəkildə saxlanılır.
Meyvələrin heç birinin üzərində qiyməti qeyd olunmayıb.
Satıcılar daimi müştərilərinin olduqlarını bildirirlər:
"Ekzotik meyvələr həm çəki, həm də dənə ilə satılır. Bəziləri bunların bahalı olduğunu düşünürlər. Amma bahalıq alıcıları qorxutmamalıdır. Hamısının dadı çox möhtəşəmdir. Həm də faydalıdır. Bunların tərkibindəki vitamin kompleksi yerli meyvələrdən fərqlənir. Bir dəfə alan yenə almaq istəyir. Alıcılıq qabiliyyəti də normaldır. Hətta əvvəlki illərə nisbətən qaydasındadır. Müştərilər məmnundurlar".
Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTOEkzotik meyvələrin saxlanma şəraiti ilə maraqlanırıq. Öyrənirik ki, bunlar, əsasən, Afrika, Amerika, Asiya ölkələrindən gətirilir. Bu səbəbdən də soyuducuda, yaxud soyuq quru yerdə bir ay saxlamaq mümkündür. Satıcılar deyirlər ki, Braziliyadan gətirilən meyvələrə maraq daha çoxdur.
Adları bizə tanış olmayan ekzotik meyvələrlə yanaşı, öyrəşdiyimiz qarpız, yemiş, gilas, alça da piştaxtaları bəzəyir. Satıcılar qarpız və yemişə daha çox tələbat olduğunu vurğulayırlar.
Meyvələrin qiymətləri ilə maraqlanırıq.
Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTODeyirlər ki, pitaya ("dragon fruit" - red.) şirin meyvədir. Fərqli rəng çalarları olsa da, hamısının dadı eynidir. Bir ədədi 15 manatadır. Manqonun kiloqramı 30 manatadır. Karanbula ulduz formasındadır, şirin alça dadını xatırladır. Biri səkkiz manatadır. Lunğanın ("əjdaha gözü" - red.) kiloqramı 30 manatadır".
Satıcılar meyvələrin xüsusiyyətlərindən də danışırlar. Bunların çoxu mifə bənzəyir. Məsələn, bildirirlər ki, marakuyyanı yeyən insanlarda ehtiras hissi artır:
"Kiloqramı 35 manatdır. Gavalıya daha çox oxşayır. İnsanı ehtiraslandırır. Bunun xüsusi alıcıları var".
Satıcı Ramin Seyidov deyir ki, yeddi ildir, ekzotik meyvələrin satışı ilə məşğuldur:
Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTO"Meyvələri Tailanddan, İndoneziyadan, Türkiyədən, Dubaydan gətiririk. Xeyirli meyvələrdir. Dadı tamam fərqlidir. Yerli meyvələrin mövsümü olmadığına görə hazırda müştərilərimiz ekzotik meyvə alırlar ki, ağız dadları dəyişsin. Alıcılıq qabiliyyəti son üç ildə çoxalıb.
Manqonun kiloqramı bizdə 60 manata, rambutan və liçinin kiloqramı 50 manatadır. Liçinin bir dənəsi bir manatadır. Pitayanın isə içi qırmızı olanının ədədi 10 manata, içi ağ olanın - 12 manatadır".
Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTORamin Seyidov quanabananın xərçəng xəstələrində immunitet yaratdığını qeyd edir:
"Quanabananın kiloqramı 70 manatdır. Faydaları çoxdur: iştahanı artırır, onkoloji xəstəliyin birbaşa dərmanıdır, immuniteti gücləndirir, xəstəliklərin qarşısını alır. Amma bunun üçün daim ondan yemək lazımdır. Tailanddan gətirilir. Meyvəni kəsəndən sonra üzərini bağlamalısan ki, daxilinə hava keçib xarab etməsin, həmçinin, soyuducuda saxlamaq lazımdır. Bunun şirəsi də ayrı gəlir, litri 50 manatadır".
Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTOR.Seyidov mövsümü olmayan meyvələrdən də danışır:
"Qış ayları olsa da, yay meyvələrini tapmaq mümkündür. Gilasın kiloqramı 50 manatadır, yayda yediyimiz gilasdan fərqlənmir. Argentinadan gətirilir. Alça Cənubi Amerikadan gəlir. Kiloqramı 200 manatadır. Böyürtkənin 150 qramı 12 manatadır. Kokos Dubaydan gəlir, bir ədədi 10 manatadır".
Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər - REPORTAJ + FOTOÜmid edək ki, insanlarımız ekzotik meyvələri xəstəliklərini sağaltmaq ümidi ilə yox, sadəcə, hərdən ağız dadını dəyişmək üçün axtarsınlar.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı       Tarix: 22 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər en son xəbərlər bugün son xeber metbuat