Bakıda estetik əməliyyatla bağlı ŞİKAYƏT: "10 min manat verməsən, səni biabır edəcəyəm

Bakıda estetik əməliyyatla bağlı ŞİKAYƏT: Bakıda estetik əməliyyatla bağlı ŞİKAYƏT: "10 min manat verməsən, səni biabır edəcəyəm"
Bakıda qadın yanlış əməliyyat olunduğundan üzünün bərbad vəziyyətə düşdüyünü iddia edir.
Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Nuranə Dibirova qaşqaldırma əməliyyatı üçün müraciət etdiyi estetik mərkəzdə həkimin yanlış əməliyyat etdiyini qeyd edib:
"Mən oktyabr ayının 1-də Nəsimi rayonu, Maqsud Əlizadə küçəsi, 11 ünvanında yerləşən "Tuana Estetik Mərkəz"ə qaşqaldırma əməliyyatı üçün müraciət etdim. Həkim olmayan Esmira İbrahimli məni yanlış əməliyyat edərək üzümü bərbad hala salıb.
Lazım olan qurumlara şikayət etdim. Və məlum olmayan səbəblərdən Nəsimi Rayon Prokurorluğu həmin mərkəzlə bağlı heç bir tədbir görmədi. Özünü həkim kimi təqdim edən qadın izahat verib ki, "Rostov şəhərində təhsil almışam". Halbuki rus dilində salam belə verə bilmirdi. Belə insan Rusiya şəhərində necə təhsil ala bilər ki?
Səhiyyə Nazirliyinin araşdırmasından bəlli olub ki, həmin qadın icazə lisenziyası olmadan milləti estetik mərkəzdə bədbəxt etməyə davam edir".
Şikayətçi həmçinin onların pul ilə məsələni ört-basdır etmək istədiklərini deyib:
"Ailə üzvlərimə zəng edib, deyirlər ki, "gəlin, üz-üzə görüşək. Nə qədər istəyirsiniz, pul verirəm, şikayət etməyin". Telefon nömrələrini, sosial şəbəkə hesablarını dəyişiblər.
Hər kəsin bu məsələni bilməsini istəyirəm. Lazımi qurumlar tədbir görsünlər. Bu mərkəz heç bir icazələri olmadan insanları əməliyyat edir. Sosial şəbəkə hesablarında səhifəyə aldanıb oraya üz tuturlar. Tövsiyə edirəm ki, heç kəs müraciət etməsin. Çünki əl işi ilə bağlı paylaşımlar özünə aid deyil".
Şikayətçi sonda mərkəzdə müştərilərə ödəniş qəbzinin də verilmədiyini əlavə edib:
"Ödəniş qəbzi verilmir. Küçədən gələn ayaqqabı ilə keçirlər əməliyyat olunmağa. Natəmizlik baş alıb gedir. Bu hallara baxmayaraq, hələ də iş davam edir".
Yanlış əməliyyat etdiyi bildirilən həkim Esmira İbrahimli Oxu.Az-a açıqlamasında xanımın ondan 10 min manat təzminat tələb etdiyini bildirib:
"Nuranə xanımın əməliyyatı uğurlu keçsə də, məndən pul istəyib. Deyib ki, "10 min manat verməsən, səni biabır edəcəyəm". Hazırda bu iş məhkəmədədir. Məndən xahiş etdi ki, əməliyyatımı 150 manata et. Mənim də ürəyim ağrıdı. Etdim.
Mənim yaxşılığımın cavabı olaraq bir gün keçməmiş məndən pul istədi.
O, ilk gün çəkilən fotodur. Əks-təsir olsaydı, ekspertiza açıqlayardı. Ekspertiza heç bir problem olmadığını bildirdi. Təhsilimiz də var. Təhsil olmasa, dövlət ekspertizanın cavabına icazə verməz. Əlimdə prokurorluğun da, ekspertizanın da cavabı var".
Nəzrin Vahid

Maraqlı       Tarix: 17 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər siyaseti xeberler bugun sonxəbər az xeber