Bakıda "fond pulu" yığan müəllimə və direktor müavininə töhmət verildi
Bakıda "fond pulu" yığan müəllimə və direktor müavininə töhmət verildi
Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə şagirdlərdən vəsait toplanmasına dair daxil olmuş müraciət əsasında Təhsil Nazirliyi tərəfindən yerində araşdırma aparılıb.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməməsi səbəbindən 8 c sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayeva peşə fəaliyyətini yerinə yetirərkən qaydaları pozub, "fond pulu" adı ilə sinif şagirdlərinin valideynlərinin hər birindən ayrı-ayrılıqda 20 manat pul tələb edib.
Araşdırmanın nəticəsinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, bu yaxınlarda daxil olmuş belə müraciətlər əsasında Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova işdən azad edilib.
Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyeva tutduğu vəzifədən azad edilib.
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb