Bakıda hədə-qorxu gələn sürücü həbs olundu - YENİLƏNİB
Bakıda hədə-qorxu gələn sürücü həbs olundu - YENİLƏNİB
Bakıda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək, sürücüyə qarşı nalayiq ifadələr işlədən şəxs barədə qərar verilib.
Oxu.Az-ın məlumatına görə, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Cəfərov Xalid Asif oğlu barəsində 10 gün müddətinə inzibati həbs edilib.
12:23
"Paytaxtda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək, sürücüyə qarşı nalayiq ifadələr işlədən şəxs saxlanılıb".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan süjetlə bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal tədbir görülüb:
"Həmin şəxs saxlanılıb. Hazırda araşdırma davam etdirilir. Şikayətçi və eləcə də, məsələdə adı hallanan şəxslərin izahatları alınıb. İnsident olan əraziyə baxış keçirilib. Şikayətçinin dediyi əsasında müvafiq araşdırmalar aparılıb".
"Toplanılan sənədlər Suraxanı Rayon Məhkəməsinə göndəriləcək", - deyə V.Əsədov qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Qaraçuxur qəsəbəsi, Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn "Mercedes" markalı, 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək, qarşıdakı sürücüdən yol istəməsinin görüntüləri yayılıb.
Qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək, onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşərək, sürücünün yanına gəlib, nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik, sürücüyə əl-qol ataraq, hadisə yerindən qaçmağa başlayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb