Bakıda kişi arvadının boğazını niyə kəsdi? - TƏFƏRRÜAT - VİDEO

Bakıda kişi arvadının boğazını niyə kəsdi? - TƏFƏRRÜAT - VİDEOPaytaxtın Pirallahı rayonunda dəhşətli qətl törədilib. 3 uşaq anası öldürülüb. Rayon Prokurorluğunun yaydığı məlumata görə qadının həyat yoldaşı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Əməkdaşımız Ömər Xıdırov hadisənin baş verdiyi ünvanda olub və təfərrüatları araşdırıb.
Azxeber.com xəbər verir ki, Pirallahı rayonunda 3 uşaq anası qətlə yetirilib.
Rayon prokurorluğunun apardığı araşdırmalarla zərərçəkmişin əri 29 yaşlı Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 24 yaşlı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Təfərrüatları öyrənmək üçün "Xəzər Xəbər"in əməkdaşları hadisənin baş verdiyi ünvanda olub. Məlum olub ki, qətl Ayşən Rəhimovanın anası Sevinc Rəhimovanın gözləri qarşısında baş verib. Qadının iddiasına görə ər-arvad arasında mübahisələr olduğundan son dövrlər uşaqlardan biri atasının yanında, digər 2-si isə anası ilə birlikdə qalırmış.
Sevinc Rəhimovanın sözlərinə görə, ötən gün Əsgər Musayev həyat yoldaşına zəng vuraraq bildirib ki, gəlib digər uşağı da özləri ilə aparsınlar. Bundan sonra Ayşən anası ilə birlikdə Əsgərin yanına gedib.
Sevinc Rəhimova onu da iddia edir ki, uşağı götürdükdən sonra taksiyə minib geri qayıdarkən Əsgər onlara tərəf gələrək həyat yoldaşını əvvəlcə əli ilə vurmağa başlayıb. Bundan sonra isə Ayşən Rəhimova avtomobildən düşərək qaçmağa başlayıb.
Hadisədən sonra Ayşən Rəhimova rayon xəstəxanasına aparılsa da, xeyli qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Əsgər Musayevin valideyinləri iddia edirlər ki, son 3 il ərzində ailə daxilində tez-tez mübahisələr olub.
Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sosial       Tarix: 12 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeber cəbhədən son durum hava son xəbərlər