Bakıda Monqolustan əti satılır: 13-15 manat

Bakıda Monqolustan əti satılır: 13-15 manatArtıq kafe və restoranlarda eləcə də bir çox digər yerlərdə yerli məhsullarla yanaşı, Monqolustandan gətirilən ət də təklif olunur. Qiymətinin nisbətən ucuz olması Monqolustan ətinə olan tələbatı artırır.
KONKRET.az xəbər verir ki, bu ilin yalnız birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Halbuki ötən il 12 ay ərzində cəmi 40 ton ət idxal edilib. Bu ətlərə tələbatın artdığını satıcılar da təsdiqləyirlər. Monqolustan ətinin qiymətləri 13-15 manat arasında dəyişir. Satıcılar bildirirlər ki, xarici ət daha dadlıdır.
Qiymətin ucuzluğuna gəldikdə isə, satıcılar bunu xaricdəki heyvan bolluğu və ərazi genişliyi ilə əlaqələndirərək  Monqolustanda qoyunculuq kifayət qədər inkişaf etdiyini bildiriblər.
İqtisadçı ekspertlər bildiriblər ki, ölkəmizə daha çox Rusiya, Gürcüstan, Hindistandan ət idxal olunur. Son zamanlar isə Monqolustan da bu sıraya daxil olub.
Monqolustan ətinin topdan satış qiyməti isə 11 manatdan təklif olunur. Bu eti daha çox restoranlar, şadlıq sarayları və dönər məkanları istifadə edirlər. Şadlıq saraylarında Monqolustan əti istifadə edildiyi halda, toy sahibinə əvvəlcədən məlumat verilir. Bu ət menyusu 40 manata qədər olan çox restoranlarda istifadə olunur.
Şadlıq sarayları bildirib ki, ətin qiyməti qalxdıqca, menyunun qiyməti də stabil olaraq qalxır. Buna görə də bazara yeni ət məhsulu daxil olub.
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Aqrar Tədqiqatlar və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi İlkin Kərimov bildirib ki, ölkədə idxal edilən bütün ətlər laborator analizlərdən keçirilir.
"Ət məhsulları yüksək riskli qidalar hesab olunur. Buna görə də həmin məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ölkəmizin gömrük ərazisinə daxil olduğu zaman müvafiq ekspertizalardan keçir", – deyə Kərimov qeyd edib.

Sağlamlıq       Tarix: 25 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber xeber.az son xeberler dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat