Bakıda müalicəsi davam edən aviaqəza yaralılarının son durumu açıqlandı

Bakıda müalicəsi davam edən aviaqəza yaralılarının son durumu açıqlandıAZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Bu barədə azxeber.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, yaralanan şəxslər TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospitalizasiya olunub:
"Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib. Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Bir nəfərin (qadın) vəziyyəti orta ağır, daha bir nəfərin (kişi) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir".
Həmçinin bildirilib ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib.
Məlumata görə, üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (qadın) üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Sosial       Tarix: 28 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu rayonun bir sıra ərazilərində qaz kəsilib

Ağdaşın bir sıra ərazilərində qaz kəsilib. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Saat 18:00-dan işlər yekunlaşanadək Ağdaş rayonunun H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətl

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Evdə saxladığınız pullarla bağlı vacib xəbər - Banklar bunu pulsuz edir

Evdə azyaşlı uşaqların əskinasları cırması, siçanların pulun bir hissəsini gəmirərək yararsız hala salması və digər bu kimi hallar vətəndaşların maddi itki ilə üzləşməsinə səbəb olur. Belə vəziyyətlərdə zədələnmiş əskinasları

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Dünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağl

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsini

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arva


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az cəbhədən son xeber son xəbərlər valyuta