Bakıda "PAŞA Holding"in təşkilatçılığı və "Bakcell"in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirildi - FOTO
Dekabr ayının 17-də Bakıda Korporativ İnnovasiya mövzusuna həsr edilmiş illik İnnovasiya Sammiti keçirilib.
Azərbaycanda ilk dəfə "PAŞA Holding" tərəfindən təşkil olunmuş sammit "Bakcell", "PAŞA Bank", "PAŞA Həyat", "Kapital Bank", "PAŞA Sığorta", bp və "Caspian Innovation Center" şirkətlərinin dəstəyi ilə reallaşıb.
Sammitdə "Google" şirkətinin innovasiyalar üzrə baş eksperti Dr. Frederik G. Pferdt, London Biznes Məktəbinin professoru, təhsilin idarəedilməsi üzrə məsləhətçi Culian Birkinşau (Julian Birkinshaw) və strategiya, inkişaf və transformasiya üzrə ekspert Kaihan Krippendorff kimi məşhur məruzəçilər iştirak edib. Qonaq məruzəçilər innovasiyaların rəqabət üstünlüklərini necə təmin etməsi, daxili korporativ innovasiyaların və gələcəyə hazır düşüncə tərzinin formalaşması ilə bağlı dəyərli fikirlərini bölüşüblər.
Sammit çərçivəsində panel müzakirələri təşkil olunub. Burada dövlət qurumlarının nümayəndələri, yerli şirkətlərin rəhbərləri, o cümlədən "Bakcell"in baş icraçı direktoru Rainer Rasgeber korporativ innovasiyaların əhəmiyyəti, bu sahədə qurulan tərəfdaşlıqlar və çətinliklər və innovasiyaların biznesdə tətbiqi təcrübəsini müzakirə edib. Qeyd edək ki, tədbirə yerli və beynəlxalq təşkilatlardan 400-dən çox biznes və sənaye lideri qatılıb.






Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR