Bakıda polisin "dovşan" dediyi qadının oğlu azadlığa buraxıldı
Bakıda polisin "dovşan" dediyi qadının oğlu azadlığa buraxıldı
Dünən Yasamal rayonunda polisin üzərinə zibil atılmasına görə saxlanılan qardaşlardan biri azadlığa çıxıb.
Bu barədə Qafqazinfo-ya onun vəkili Cavad Cavadov məlumat verib.
Qeyd edib ki, ağciyərində xəstəlik olan Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb. K.Süleymanov artıq evindədir.
Ona məhkəmə qərarı ilə 15 sutka cəza verilmişdi.
Kərim Süleymanov vətəndaşların saxlanılması zamanı polis əməkdaşlarından birinin video çəkiliş edərək, "siz də, əriniz də dovşansınız" dediyi Gülər Süleymanovanın oğludur. Həmin polis əməkdaşı bu gün Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub. Gülər Süleymanovadan isə üzr istənilib.
Qeyd edək ki, dünən Gülər Süleymanovanın evində çəkilən görüntülər müzakirələrə səbəb olmuşdu. Onun digər oğlu Elvin Süleymanov yatan yerdə polis tərəfindən yarıçılpaq şəkildə saxlanılmışdı. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb