Bakıda sexdə iyrənc mənzərə - FOTO
Bakıda sexdə iyrənc mənzərə - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan vətəndaş şikayəti əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 m ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib.
AQTA-dan Oxu.Az-a verilən məlumata görə, müəssisədə heyvan mənşəli məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı aşkar olunub.
Yoxalama zamanı müəssisədə xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən olunub.
Məlum olub ki, anbar sahəsi sistematik təmizlənmir, bağırsaqların yuyulub-təmizlənmə, çeşidlənmə, duzlanma və qablaşdırılması, saxlanması bir sahədə həyata keçirilir. İstehsalat sahəsinə həşaratların daxil olmasının qarşısını almaq məqsədilə tədbirlər görülmür. İşçilərin xüsusi geyim forması yoxdur və tibbi müayinədən keçməyiblər.
Yoxlama zamanı məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də, baytarlıq normativlərinin tələblərinə uyğun olmadan emalı aparılır. Müəyyən edilib ki, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır.
Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Məlum olub ki, heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbulla bağlı sənədləri yoxdur.
Aparılan yoxlamanın nəticəsi ilə bağlı olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.










İlhamə Əbülfət

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb