Bakıda şirkət müştərilərinin oğurlandığını və haqsız rəqabət aparıldığını iddia edir

Bakıda şirkət müştərilərinin oğurlandığını və haqsız rəqabət aparıldığını iddia edirBakıda şirkət müştərilərinin oğurlandığını və haqsız rəqabət aparıldığını iddia edir
Son günlərdə internet istifadəçiləri müxtəlif provayderlərdən şikayətlər paylaşır. Şikayət olunan internet şirkətləri arasında həm dövlət, həm də özəl qurumlar yer alır. Mübahisəli məqamlardan biri "Aztelekom" MMC və "Avirtel" MMC haqqında çoxsaylı şikayətlər üzrə mətbuatda gedən yazılardır.
Oxu.Az xəbər verir ki, "Aztelekom" MMC-nin həmin şikayətlərə verdiyi rəsmi cavabda 2016-cı ildən xidmət şərtlərində müəyyən dəyişikliklərin edildiyi qeyd olunub.
Bu səbəbdən cəmiyyətin infrastrukturundan istifadə edərək, ADSL internet xidməti vermək istəyən provayder və operatorlarla mövcud müqavilələrin müddəti bitdikcə, yeni şərtlərdə müqavilələr bağlanıb.
Yalnız "Avirtel" MMC "Aztelekom" MMC ilə yeni şərtlərdə müqavilələrin bağlanmasından imtina edib, o cümlədən, hesablanmış ödənişləri icra etməkdən yayınması nəticəsində "Aztelekom" MMC-yə yüksək məbləğdə borcu yaranıb. Qanunvericiliyin tələbinə əsasən, xidmətlərin verilməsi üçün tərəflər arasında müqavilə imzalanması mütləqdir.
Cavabda hətta 2019-cu ildə "Avirtel" MMC tərəfindən "Aztelekom" MMC-yə qarşı haqsız rəqabət və antiinhisar qanunvericiliyinin tələblərinin pozulması tələblərinə dair Bakı Kommersiya Məhkəməsində və Sumqayıt Kommersiya Məhkəməsində iş qaldırıldığı, lakin irəli sürülən iki ayrı iddia üzrə iqtisadi mübahisələrə baxıldıqdan sonra hər iki iş üzrə iddiaların əsassız olması səbəbindən təmin edilmədiyi də qeyd olunub.
Oxu.Az xəbər verir ki, sözügedən mübahisəli məsələ üzrə "Avirtel" MMC "Aztelekom" MMC-nin onlar barəsində verdiyi rəsmi cavaba münasibət bildirib.
"Avirtel" MMC şirkətindən bildirilib ki, "Aztelekom" MMC regionlarda internet bazarında hökmran mövqeyə sahib müəssisə olaraq, hər vəchlə özəl internet provayderlərinin internet xidməti bazarından sıxışdırılıb çıxarılmasını qarşısına məqsəd qoyub:
"Əks halda, provayder və abunəçilərdən xəbərsiz minlərlə özəl provayder abunəçisini oğurlayaraq, öz (Aztelekom) şəbəkəsinə keçirməz, ATS-lərdə provayderlərə təklif etdiyi 1 kub metr sahə üzrə aylıq xidmət haqqını birdən-birə 40 dəfəyədək qaldırmaz, özəl provayder abunəçilərinin telefon xətlərinə qəsdən müdaxilə edib, onları provayderin xidmətindən narazı salmazdı.
Onlar özəl provayderlərin ATS-lərdə avadanlıqlarını günlərlə söndürərək, onların əraziyə girişini qadağan edir və bunun kimi saysız-hesabsız süni maneələr və qanunsuzluqlarla özəl provayder və abunəçilərinə problemlər yaradır.
"Aztelekom" MMC yalnız bir gün ərzində abunəçilərin razılığını belə almadan təkcə Xaçmaz rayonunda 921, Gəncə şəhərində isə 2000-dən çox abunəçimizi öz şəbəkəsinə keçirib. Eyni ssenari üzrə digər regionlarda da şəbəkəmizdən abunəçilərin köçürülməsi baş verib və bu qanunsuz əməllər hələ də davam etməkdədir".
Cavabda o da qeyd olunub ki, internet istifadəçilərinin "Aztelekom" MMC-nin keyfiyyətsiz internet xidmətlərindən saysız-hesabsız şikayətləri sosial şəbəkələrdə də paylaşılır:
"İnternet istifadəçiləri bu barədə Antiinhisar Dövlət Xidməti və digər müvafiq dövlət qurumlarına şikayət ünvanlayırlar. Bu barədə mətbuatda da geniş yazılar dərc olunur. "Avirtel" MMC, tam xarici investisiyalı özəl şirkət olaraq, abunəçilərinin oğurlanaraq "Aztelekom" şəbəkəsinə keçirilməsi ilə əlaqədar olaraq hüquqi prosedurlara başlayıb.
Məhkəmə prosesində Antiinhisar Dövlət Xidmətinin nümayəndəsi bildirib ki, Xidmətə müştərilər tərəfindən "Aztelekom"un haqsız rəqabət fəaliyyəti barədə hər gün onlarla şikayət məktubu daxil olur. Bu istiqamətdə qarşılaşdığımız haqsızlıqlarla bağlı bütün aidiyyəti qurumlara müraciət etmişik. Ümid edirik ki, məhkəmə işə ədalətlə baxaraq, həm özəl provayderlərin, həm də istehlakçıların pozulmuş hüquqlarının bərpa olunmasını təmin edəcək".
Könül Cəfərli

Sosial       Tarix: 24 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar cəbhədən son məlumat en son xeberler bu gun xeberler azerbaycan