Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edib - AÇIQLAMA

Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edib - AÇIQLAMAYasamal rayonunda fəaliyyət göstərən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri övladlarını yeni dərs ilində məktəbə göndərməkdən imtina edib.
Bildirilib ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir.
Azxeber.com-un məlumatına görə, məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "oxu.az"ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınaraq qərar verilir:
"Sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə zəruri ehtiyac olan təhsil müəssisələrində tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi xüsusilə aktualdır.
Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə dərslərin ikinövbəli təşkili zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir".
"Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir.
Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər və ictimaiyyət də dəstək verməlidir", - deyə idarədən əlavə edilib.
Məktəbdən saytımıza bildirilib ki, 2021-2022-ci tədris ilində 18 nömrəli tam orta məktəbdə 5 "a", 5 "b", 5 "c", 5 "ç", 5 "d", 5 "e" olmaqla, 6 beşinci sinif fəaliyyət göstərir:
"Məktəbdə bütün V siniflər II növbəyə keçirilib. Buna səbəb şagird sayının artması və sinif otaqlarının çatışmamasıdır.
Eyni zamanda, V siniflər ümumi orta təhsil səviyyəsində (Azərbaycan bölməsində 25 saat, rus bölməsində 27 saat) ən az dərs yükü olan sinif olduğu üçün II növbəyə məhz həmin siniflərin keçirilməsi məqsədəmüvafiq hesab edilib.
Qeyd edək ki, 5 "c" sinfində təhsil alan şagirdlərin valideynləri ilə müvafiq söhbətlər aparırıq. Sinifdəki şagirdlərdən 24-ü dərslərdə iştirak edir".
"Məktəbdaxili nizamlamaya uyğun olaraq, qeyd edilən sinif şagirdlərinin növbəti tədris ilindən I növbədə təhsil alacağı gözlənilir. Valideynlərin yuxarıda qeyd edilən səbəbləri nəzərə alaraq, məsələyə anlayışla yanaşacağına inanırıq", - deyə qeyd edilib.

Sosial       Tarix: 01 oktyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat xeberler bu qun qarabag bugünkü son xəbərlər