Bakıda yolu təmir etmək əvəzinə, yamaq vurdular - RƏSMİ AÇIQLAMA + FOTO
Bakıda yolu təmir etmək əvəzinə, yamaq vurdular - RƏSMİ AÇIQLAMA + FOTO
Sosial şəbəkə istifadəçiləri Sabunçu rayonunda küçənin təmir olunması ilə bağlı yayılmış fotoşəkli birmənalı qarşılamayıb.
Paylaşılan kadrda yolun tam təmiri əvəzinə, müxtəlif hissələrinə yamaqların vurulduğu diqqətdən qaçmayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, yolun fotodakı kimi təmir olunmasında qeyri-adi heç nə yoxdur:
"Əksinə, tam olaraq qayda-qanunla təmir işləri görülür. Yayılan şəkildəki yol asfalt örtüklü yoldur və müəyyən hissələrində xırda dağılmalar var. Həmin yerlərdə asfalt beton örtük sökülür və yeni asfalt-beton örtüklə əvəzlənir".
A.Nəcəfli yolların belə təmir edilməsi səbəbindən də danışıb:
"Bu, ona görə edilir ki, həmin çat əmələ gəlmiş yerin sahəsi daha da böyüməsin. Bu cür cari təmir işləri aparılmasa, nəticədə, biz həmin işləri daha böyük sahələrdə görməli olacağıq.
Bu fotonu yayan şəxs və ya şəxslər istəyirlər ki, bir-iki kvadrat metrlik ərazi əvəzinə, 10-20 kv.m-lik ərazi qaşınıb asfaltlansın? Bu cür yanaşma düzgün deyil. Görülən işləri məsxərəyə qoymaq olmaz. Elə olur ki, bir, on, yüz, hətta min kvadrat metrlik sahədə belə işlər görülür. Bu da yolda əmələ gəlmiş çat və dağılmaların qarşısını almaq üçündür".
İlhamə Əbülfət
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb