Bakının bu ünvanında bina söküldü - Mənzillərin həqiqi sahiblərinə kompensasiya verilmədi - VİDEO

Bakının bu ünvanında bina söküldü - Mənzillərin həqiqi sahiblərinə kompensasiya verilmədi - VİDEOBinəqədi rayonunda qeydiyyatda olan bir qrup sakin qəribə vəziyyətlə üzləşib.
Belə ki, onların qeydiyyatda olduqları mənzillərdə vaxtı ilə məcburi köçkünlər məskunlaşdığından sakinlər digər ərazilərdə yaşamaq məcburiyyətində qalıblar.
Məcburi köçkünlər həmin binadan köçürüldükdən sonra, 5 mərtəbəli bina sökülüb. Mənzillərin həqiqi sahibləri bununla bağlı kompensasiya tələb etsələr də, istəkləri hələ ki, nəticəsiz qalıb.
Paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən, qəzalı vəziyyətdə olan yataqxananın sökülməsi həmin binada qeydiyyatda olan sakinləri narazı salıb.
Belə ki, keçmiş Sənaye Tikinti Nazirliyinin 4 nömrəli tresti, işçilərini mənzillə təmin etmək üçün sözügedən ünvandakı binanı öz vəsaiti hesabına satın alıb.
Lakin 1993-cu ildə binada məcburi köçkün ailələri məskunlaşdığından, bu şəxslər öz evlərinə köçə bilməyiblər. 3 il əvvəl isə buradakı məcburi köçkünlər yeni mənzillərlə təmin edilib. Qəzalı vəziyyətə düşən bina isə bu il sökülüb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçilər bildirir ki, illərdir yataqxanada qeydiyyatda olduqları halda onlara kompensasiya verilmir.
Binəqədi rayon İcra Hakimiyyətindən "XəzərXəbər"ə bildirildi ki, 3 saylı yataqxana binasının 2018-ci ildə qəzalı vəziyyətdə olması müəyyən edilib. Yataqxana binasında məskunlaşmış 86 qaçqın və məcburi köçkün ailəsi isə oradan köçürülüb.
Rayon İcra hakimiyyətindən o da bildirilidi ki, order almış və yataqxanada ümumiyyətlə yaşamamış şəxslərin problemləri ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib. O ki qaldı kompensasiya məsələsinə bununla bağlı sakinlər yazılı şəkildə icra hakimiyyətinə müraciət etməlidirlər.
Əmlak məzəsələri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki,sakinlər üzləşdikləri problemi məhkəmə yolu ilə də həll edə bilərlər.
Qeyd edək ki sökülən yataqxanın yerində 9 mərətəbəli yaşayış binasının tikilməzi nəzərdə tutulub.

Sosial       Tarix: 20 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler xeberler az cəbhədən son xəbər novruz bayramı