Bakıya hüquqi əsas verirsiniz, Zəngəzuru ala bilər - Rus ekspert
Ən yaxşı vaxtlarda Zəngəzurda maksimum 40 min insan yaşayırdı, indi məncə, orada daha az adam var. Zəngəzurun geniş ərazisində demək olar ki, yaşayış yoxdur, istənilən radikal üçün açıq hədəfdir.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı politoloq Modest Kolerov Zəngəzur dəhlizi ilə bağlı danışarkən deyib.
Kolerov ermənilərin və Paşinyanın təhlükəni real dəyərləndirə bilmədiyini vurğulayıb:
"Paşinyan deyir ki, Ermənistan sovet sərhədlərini qorumalıdır, əks halda o, mövcudluğunu dayandıracaq. Bəs onda Dağlıq Qarabağa açıq şəkildə iddia edilən konstitusiyanı niyə dəyişdirmirsiniz? Hesab edirəm ki, Nikol Vovayeviç Ermənistan üçün təhlükəni adekvat qiymətləndirmir. Problem ondadır ki, konstitusiyanın bu maddəsi hərbi əməliyyatların davam etdirilməsinə imkan yaradır".
Rus ekspert işarə edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiasının qalması Bakı və Ankaraya özünü müdafiə üçün "bufer-zona" yaratmağa hüquqi əsas verir.
"Suriya timsalında gördük ki, ərazini işğal etmək üçün hərbi əməliyyatlara başlamaq lazım deyil. Bunun üçün "bufer-zona" demək kifayətdir, indi maraqlı tərəf Zəngəzuru "bufer-zona" adlandırıb ora girə bilər. Mən bilirəm ki, maraqlı tərəfləri Zəngəzuru "bufer-zona"ya çevirməyə İran mane olur. Ümumiyyətlə, Zəngəzurun faktiki olaraq Azərbaycana birləşməsinin önünü alan İrandır. Amma İran Suriyada ağır məğlubiyyətə uğradı və artıq bəziləri İranın zəiflədiyini düşünə bilər".
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi