Balaş Qasımovun doğum günüdür
Balaş Qasımovun doğum günüdür
Bu gün İctimai Televiziyanın baş direktoru Balaş Qasımovun (Balakişi Qasımov) 42 yaşı tamam olur.
Balaş Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.
Bakı şəhər 1 saylı orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.
2004-cü ildən klub oyunlarının iştirakçısıdır. "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.
2004-cü ildə "Nə? Harada? Nə zaman?" oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu adını qazanıb.
"Nə? Harada? Nə zaman?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə və 2002-ci ildə Breyn Rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.
Beynəlxalq "Nə? Harada? Nə zaman?" Klubları Assosiasiyası tərəfindən 2010-cu ildə "İlin adamı" seçilib.
2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş" , "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" mükafatlarına layiq görülüb.
2017-ci "Nə? Harada? Nə zaman?" hərəkatının inkişafında verdiyi töhfəyə görə Vladimir Voroşilov adına mükafatın laureatı olub.
2018-ci ilin may ayından İctimai Televiziyanın baş direktorudur.
2019-cu il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Oxu.Az komandası olaraq Balaş Qasımovu təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR