Balıq ovuna gedən uşaq çoxillik sirrin üstünü açdı - FOTO/VİDEO
Balıq ovuna gedən uşaq çoxillik sirrin üstünü açdı - FOTO/VİDEO
Balıq ovuna gedən altı yaşlı uşaq qonşusunun itmiş seyfi ilə bağlı çoxillik sirrin üstünü açıb.
"ABC News 4"ün məlumatına görə, hadisə ABŞ-ın Cənubi Karolina ştatında qeydə alınıb.
Noks Bryuer "YouTube" platformasında maqnit balıqçılığı barədə (qarmaq yerinə güclü maqnitdən istifadə olunur) verilişə baxdıqdan sonra bunu sınamaq istəyib.
"Düşündük ki, bu yolla o, koronavirusa görə tətbiq olunan özünütəcrid rejimindən daha rahat çıxa bilər. Noks hətta hansı daşların maqnitə yapışdığını, hansının yapışmadığını öyrəndi", - deyə azyaşlının anası Ketrin bildirib.
Ov zamanı Noksun maqniti ağır bir əşyaya yapışıb, yoldan keçən şəxsin köməyi ilə "şikarı" çəkib çıxarmaq mümkün olub. Gölün dibində tapılan əşya içərisində zərgərlik məmulatları, bloknot və çek kitabçası olan metal seyf imiş.
"Biz seyfi açdıq. Bilirdim ki, tapıntı hökumətə təhvil verilməli, onlar da bu sirri araşdırmağa başlamalıdırlar. Bu, həmçinin, Noksa belə vəziyyətlərdə necə davranmağın düzgün olduğunu göstərmək üçün əla fürsət idi", - deyə uşağın atası Conatan bildirib.
Bryuerlər ailəsi tapıntı barədə polisi məlumatlandırıblar. Məlum olub ki, seyf səkkiz il öncə qonşuluqda yaşayan qadından oğurlanıb.
"Onun ilk elədiyi dizi üstə çökərək, Noksu qucaqlamaq və seyfi tapmağa kömək etdiyi üçün ona təşəkkür etmək oldu. Oğlum gələcəkdə polis olmaq istəyir, çünki araşdırma aparmaq, suallar vermək və məsələnin məğzini öyrənmək onun xoşuna gəldi", - deyə Conatan əlavə edib.





Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgilidir?
Məşhur aktyor SAXLANILDI
"Paşinyanın yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir" - Ekspert
Hikmət Hacıyev: 4000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
Neft ucuzlaşdı
Pentaqonda həyacan: Təhlükəli maddə tapıldı və
Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı
DÇ-2026 başlayır: ilk oyun və saatı
"Qarabağ" Bikalyo ilə bağlı qərarını verdi
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
Məhərrəmlikdə musiqiyə din necə baxır? - İlahiyyatçı açıqladı
"WhatsApp" ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi
Çexiyada ana yenidoğulmuş körpəsini itlərə yedirdib