Balıq yağı xəstəliyə səbəb ola bilər - Düzgün qəbul edilməsə
Balıq yağı əlavələri sağlam insanlarda insult və ürək xəstəliyi riskini artıra bilir.
KONKRET.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar orta hesabla 12 il təqib edilən 40-69 yaş arası 415 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. Təhlillərə əsasən, məlumat bazasında qeydiyyatdan keçmiş insanların təxminən üçdə birinin müntəzəm olaraq balıq yağı əlavələri qəbul etdiyi məlum olub.
Tədqiqatçılar balıq yağı əlavələrinin ürək xəstəliyi olan insanlar üçün faydalı olduğunu, lakin bu əlavələrin ürək sağlamlığı yaxşı olan insanlarda insult və ürək xəstəliyi riskini artırdığını bildiriblər:
"Balıq yağı əlavələrinin müntəzəm istifadəsi ürək xəstəliyi olmayan insanlarda atreal fibrilasiyanın (ürəyin qulaqcıqlarının səbəb olduğu aritmiya) inkişaf riskinin 13 faiz, insult riskinin isə 5 faiz artması ilə nəticələnə bilir. Ürək xəstəliyi olan insanlarda isə müntəzəm balıq yağı əlavəsi atreal fibrilasiyanın infarkt keçirmə riskini yüzdə 15, ürək çatışmazlığından ölmə riskinin isə yüzdə 9 azaldır."
Qeyd edək ki, bu araşdırmanın nəticələri "BMJ Medicine" jurnalında dərc olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var