Bank of Baku IT infrastrukturunu təkmilləşdirir!

Bank of Baku IT infrastrukturunu təkmilləşdirir!Daim innovativ həlləri ilə müştərilərini rahat xidmət imkanları ilə sevindirən Bank of Baku bu günlərdə IT infrastrukturunun təkmilləşdirilməsi məqsədilə iri həcmdə investisiya ayırıb.
Belə ki, aparılan təkmilləşdirilmə işləri sayəsində bankın bütün əməliyyat sistemi yeni nəsil serverə keçirilmiş, saxlanc və şəbəkə texnologiyaları da müasir texnoloji imkanlar əsasında tamamilə yenilənmişdir.
Tətbiq edilən bu yeniliklər, bankın DostBank mobil tətbiqi, İnternet bankçılıq xidməti və digər rəqəmsal maliyyə xidmətlərindən mütəmadi istifadə edən müştərilərinə əməliyyatlarını indi daha rahat və sürətli şəkildə icra etmələrinə imkan yaradacaq.
"IT infrastruktunun təkmilləşdirilməsinə diqqət ayırmaqla, Bankımız hal-hazırda bütün dünyanı bürüyən COVID-19 pandemiyası dövründə, müştərilərinin evdə qalaraq, xidmət və məhsullarına çıxışını daha da asanlaşdırır, əməliyyatlarını operativ icra etmələrini təmin edir." deyən Bankın IT sahəsinin direktoru, Anar Abbasov, həmçinin qeyd edib ki, "Bankımız üçün çox önəmli olan bu proses zamanı qısa fasilələrlə də olsa, müştərilərimiz müəyyən texniki çətinliklərlə qarşılaşdı. İstənilən çətinliklə üz-üzə gələn bütün müştərilərimizdən yaranmış bu qısa müddətli narahatçılığı üzrlü hesab etmələrini xahiş edir, anlayışları üçün təşəkkürümüzü bildiririk."
Son aylarda internet bankçılıq, mobil tətbiq və məsafədən təqdim edilən bir çox rəqəmsal maliyyə xidmətlərinə müştərilər tərəfindən olan böyük maraq və aktiv istifadəni nəzərə alaraq, Bank of Baku bu istiqamətdə yeni xidmət və məhsullarını bazara təqdim etməkdə davam edir, müştərilərinin aktivliyini dəstəkləyən kampaniyalarla onları sevindirir.
Bank of Baku-nun təqdim etdiyi məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzinə zəng edərək, Bankın rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com 
www.facebook.com/bankofbaku /news.milli.az

İqtisadiyyat       Tarix: 07 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar valyuta mezennesi hava kriminal xeber