Bank Respublika beşillik strategiyasının uğurlu nəticələrini elan etdi

Bank Respublika beşillik strategiyasının uğurlu nəticələrini elan etdi2021-ci il Bank Respublika tarixində ən uğurlu illərdən biri olmuşdur. 2021-ci il üçün mənfəət 20 milyon manat həddinə yaxınlaşıb ki, bu da ötən il əldə edilmiş mənfəətdən 3 dəfədən çoxdur.
Azxeber.com xəbər verir ki, bu il Bank, həmçinin 2017-ci ildə təsdiq edilmiş beşillik strateji inkişaf planını uğurla tamamlayıb. Mikro, kiçik və orta biznesin inkişafı strategiyasına sadiq qalan Bank məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal texnologiyaların tətbiqi və inkişafı sayəsində yüksək nəticələr əldə edib. Belə ki, bu müddət ərzində bankın kapitalı 2 dəfə artaraq 100 milyon manat həddini keçib, kredit portfeli 2,5 dəfə, müddətli depozit portfeli isə 2 dəfədən çox artıb.
Strateji plan çərçivəsində Bankın səhmdarlarının strukturunun dəyişdirilməsi prosesi də uğurla başa çatıb.
Məqsədi inkişaf etməkdə olan ölkələrdə özəl sektoru dəstəkləmək olan Deutsche Investitions und Entwicklungsgesellschaft mbh (DEG) İnvestisiya şirkəti, institusional investor kimi daxili investisiya təcrübəsinə əsasən bankın kapitalının artırılmasında iştirak etmiş və eyni zamanda bankın əsas təsisçisinə gələcəkdə öz payını almaq hüququ təqdim etmişdir. 2021-ci ildə Bankın yaxşı maliyyə göstəricilərini, inkişaf perspektivlərini və növbəti illərdə dividendlərin ödənilməsini nəzərə alaraq, bankın strateji səhmdarı DEG-in "Bank Respublika"nın kapitalındakı payını tam olaraq almışdır.
Qeyd edək ki, Almaniyanın ən böyük dövlət bank qrupu Sparkassen-Finanzgruppe törəmə şirkəti Sparkassen International Development Trust (SIDT) vasitəsilə bankın səhmdarı olaraq qalır. Bu isə, bankın yüksək korporativ idarəetmə standartlarının tətbiqində çox mühüm rol oynayır və hal-hazırda SİDT-in dəstəyi ilə Bank Respublika Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsinə dəstək layihəsi çərçivəsində Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V. tərəfindən həyata keçirilən texniki yardım proqramında iştirak edir.
"DEG və SIDT korporativ idarəetmə sahəsində dünya təcrübəsini gətirməklə yanaşı, "Bank Respublika"nın institusional formalaşmasında da mühüm rol oynayıb. Biz DEG investisiya şirkətinin rəhbərliyinə bankın inkişafına verdiyi əvəzsiz töhfəyə görə təşəkkürümüzü bildiririk və müxtəlif maliyyələşdirmə formalarının cəlb edilməsi üçün əməkdaşlığı davam etdirməyi planlaşdırırıq". – deyə "Bank Respublika"nın strateji səhmdarı Natiq Quliyev qeyd edib.
Daha ətraflı məlumatı Bank Respublika"nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

İqtisadiyyat       Tarix: 01 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi krimnal xeber qurban bayrami 2026 cəbhədən son məlumatlar