Bank Respublika və Portmanat open banking sahəsində növbəti ilkə imza atdılar

Bank Respublika və Portmanat open banking sahəsində növbəti ilkə imza atdılarÖlkəmizin aparıcı rəqəmsal banklarından biri olan Bank Respublika, öz müştərilərinə Open banking layihəsi çərçivəsində Portmanat elektron pulqabı sistemi üzərindən ödəniş əməliyyatları apara bilmək imkanı yaradıb.
Ölkənin 2 məhşur ödəmə portalı ilə start verilən Open banking layihəsi Portmanat ilə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, daha öncə Bank Respublika müştəriləri Hesab.az və Epul onlayn ödəniş platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanı əldə etmişdilər.
Layihənin yeni mərhələsində isə, artıq Bank Respublika müştəriləri Portmanat elektron pulqabı sistemi üzərindən nəinki öz şəxsi hesablarını izləmək, eləcə də ödəniş əməliyyatları apara bilmək imkanı qazanıblar. Bu yenilik ilə Bank Respublika müştəriləri sadəcə banka aid rəqəmsal platformalar vasitəsilə deyil, eləcə də Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz olaraq ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Xidmətdən yararlanmaq üçün Portmanat saytı, yaxud mobil tətbiqində Bank Respublika hesabının məlumatlarını əlavə etmək kifayətdir.
"İlk öncə, Open Banking platforması üzərindən müştərilərimizə yeni imkanlar yaradan Portmanat şirkətinin rəhbərliyinə və bütün komandasına təşəkkür etmək istərdim. Qeyd etmək istərdik ki, Portmant bu sahədə əməkdaşlıq etdiyimiz ilk şirkətdir və bir ildən artıq davam edən birgə layihəmizin nəticəsində müştərilərimiz artıq Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək ölkədə maliyyə sektorunun rəqəmsal transformasiyası prosesində keyfiyyətcə yeni mərhələ olacaqdır. Bank Respublika olaraq gələcəyin rəqəmsal bankçılığın mühüm bir hissəsi olacaq Open Banking-in ölkəmizdə inkişaf etdirilməsi sahəsində bundan sonra da yeni töhfələr verməyə davam edəcəyik" - deyə "Bank Respublika"nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov qeyd edib.
"Ölkəmizin ən təcrübəli və innovativ banklarından olan Bank Respublika rəhbərliyinə Open Banking sahəsində ilk tərəfdaş kimi Portmanatı seçdiyi üçün təşəkkürümü bildirirəm. Ümid edirik hazırda dünyada banklar arasında ən yeni texnologiyalardan sayılan Open Banking hər iki tərəfə və xüsusilə də müştərilərimizə faydalı olacaq, xidmətlərimizə əlavə dəyər qatmış olacaqdır. Eyni zamanda digər bankları da bu sahədə aktiv olmağa çağırırıq" - deyə Portmanat şirkətinin qurucusu Telman Axundov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsindən və yaxud 144 - Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

İqtisadiyyat       Tarix: 28 dekabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi krimnal xeber qurban bayrami 2026 cəbhədən son məlumatlar