Bank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb - FOTOLAR

Bank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb - FOTOLARBakı, 07 iyul 2022. Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah" Futbol Klubu (FK) sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə bağlayıb. Müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və "Sabah" FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıb.
Müqaviləyə əsasən, "Sabah" FK Azərbaycan Premyer Liqasının və ölkə kubokunun 2022/2023-cü illər mövsümündə keçirdiyi bütün oyunlarda "Bank Respublika"ya məxsus əmtəə nişanları olan formalarda çıxış edəcək.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion "Bank Respubika Arena" adlanmağa davam edəcək. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq. Xatırladaq ki, "Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti ilə "Sabah" FK arasında əməkdaşlıq 2018-ci ildən davam edir.  
"Bank Respublika" olaraq, artıq 5-ci mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edəcək "Sabah" FK-ya dəstək verməkdən böyük məmnuniyyət hissi duyuruq. Əminik ki, "Sabah" növbəti mövsümdə öz baxımlı oyunu ilə seçiləcək və qarşısına qoyduğu hədəflərə çata biləcək. Bu isə, milli futbolumuzun, eyni zamanda ölkə idmanımızın inkişafı deməkdir. Komandamızın oyunlarını keçirdiyi müasir standartlara malik "Bank Respublika Arena" isə nəinki yerli, həm də beynəlxalq futbol turnirlərinə ev sahibliyi edəcək", deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
"Futbol klublarının inkişafında, onların qarşıya qoyduqları hədəflərə çatmasında sponsorların dəstəyinin böyük əhəmiyyəti vardır. "Sabah" Futbol Klubu artıq 4 ildir ki, "Bank Respublika" ilə əməkdaşlıq edir. Bu müddətdə birlikdə bir sıra layihələr həyata keçirmişik. Bu gün əməkdaşlıq müqaviləsinin müddətini daha bir il uzadırıq. Biz "Sabah" FK olaraq ölkənin qabaqcıl bankarından olan "Bank Respublika" ilə əməkdaşlıqdan tam məmnunuq. İnanıram ki, bu əməkdaşlıq hər iki qurum üçün faydalı və uğurlu olmaqla yanaşı, "Sabah"ın timsalında ölkə futbolunun inkişafına öz töhfəsini verəcək" deyə Sabah FK-nın Prezidenti Maqsud Adıgözəlov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb - FOTOLARBank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb - FOTOLARBank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb - FOTOLARBank Respublika və Sabah FK əməkdaşlıq haqda yeni müqavilə imzalayıb - FOTOLAR

İqtisadiyyat       Tarix: 07 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber az valyuta mezenesi xeberlər meherremlik 2026