Bankda valyuta əməliyyatı edənlərə vacib xəbərdarlıq - Bu qaydanı bilməlisiniz
Azərbaycanda banklarda nağd xarici valyutanın alqı-satqısı zamanı müəyyən məbləğ hədləri tətbiq olunur. Belə ki, 500 ABŞ dolları ekvivalentindən artıq nağd xarici valyuta satılarkən və 10 min ABŞ dolları ekvivalentindən artıq valyuta alınarkən müştəridən şəxsiyyətini təsdiq edən sənəd tələb edilir.
Bəs bu qaydanın tətbiqində məqsəd nədir və banklar hansı hallarda müştəriləri eyniləşdirməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu tələb Azərbaycanda uzun müddətdir tətbiq olunur və Mərkəzi Bankın müəyyən etdiyi qaydalarla əlaqəlidir.
Onun sözlərinə görə, sözügedən tələb çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində bankların üzərinə qoyulan öhdəliklərdən irəli gəlir.
"Bu qayda Azərbaycanda çoxdan mövcuddur və Mərkəzi Bankın tələbləri ilə bağlıdır. Çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında qanunvericiliyə əsasən, bank müştərisini eyniləşdirməli, onun kim olduğunu bilməlidir. Müəyyən edilmiş həddə qədər olan məbləğlər aşağı məbləğ hesab edilir. Lakin məbləğ həmin həddi keçdikdə bank müştərini eyniləşdirməlidir", – deyə ekspert qeyd edib.
Əkrəm Həsənovun sözlərinə görə, şəxsiyyətin təsdiqinə dair tələbin əsas məqsədi maliyyə əməliyyatlarının şəffaflığını təmin etmək və çirkli pulların yuyulmasının qarşısını almaqdır.
Beləliklə, nağd xarici valyutanın alqı-satqısı zamanı şəxsiyyət vəsiqəsinin tələb olunması bankların müştəriləri tanımaq və maliyyə əməliyyatlarına nəzarət etmək öhdəlikləri ilə bağlıdır.
Aynurə İsmayıl
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR