Banklar niyə dollar satmır? - RƏSMİ AÇIQLAMA
"Mərkəzi Bank tərəfindən banklara dolların qəbulunun dayandırılması ilə əlaqədar göstəriş verilməyib".
Bu barədə Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Dövriyyədə saxta dollar əsginaslarının olması ilə bağlı məsələyə aydınlıq gətirən Baş direktor bildirib ki, Mərkəzi Bank valyuta nişanlarının saxtalaşdırılmasına qarşı davamlı tədbirlər həyata keçirir:
"Bu tədbirlər barədə mütəmadi olaraq həm kommersiya bankları, həm hüquq-mühafizə orqanları, həm də ictimaiyyət məlumatlandırılır. Sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadə imkanları onun saxtalaşdırılması meyillərini həmişə artırır və cəlbedici edir. Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı pul nişanlarının saxtalaşdırılması imkanlarını genişləndirib. Risklərdən sığortalanmaq üçün Mərkəzi Bank davamlı olaraq banklarla müzakirələr aparır, tapşırıqlar verir ki, onlar da mövcud avadanlıqlarını və terminallarını xarici valyuta nişanlarına uyğunlaşdırsınlar və proqram təminatını yeniləsinlər".
Onun sözlərinə görə, banklar dolların qəbulunu dayandırmayıb, sadəcə müəyyən hallarda hansısa terminallarda bir neçə gün sistemlərin uyğunlaşdırılması həyata keçirilir və bu zaman sistem dayandırılır.
Akşin Vəliyev qeyd edib ki, ilin doqquz ayı ərzində ölkədə 271 ədəd milli, 125 ədəd xarici valyutada saxta əsginaslar aşkarlanıb, bu isə beynəlxalq təcrübədə çox aşağı göstəricidir. /// oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar