Baş nazir rusiyalı həmkarını təbrik etdi
Baş nazir rusiyalı həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Mixail Vladimiroviç, Rusiya Federasiyası Hökumətinin Sədri təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan–Rusiya münasibətlərinin yüksək səviyyəsi xüsusilə təqdirəlayiqdir.
Əminəm ki, birgə səylərlə ölkələrimiz arasında strateji tərəfdaşlığı gücləndirməyə, hər iki tərəf üçün səmərəli olan ticarət-iqtisadi və investisiya əməkdaşlığını genişləndirməyə nail ola biləcəyik. Azərbaycan ölkələrimizin dost xalqlarının faydası üçün bütün sahələrdə Rusiya ilə konstruktiv dialoqa ümid edir".
Baş Nazir Əli Əsədov Mixail Mişustinə möhkəm cansağlığı, rifah və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı