Baş nazir TASS-ın baş direktor müavini ilə görüşdü
Baş nazir TASS-ın baş direktor müavini ilə görüşdü
Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Nazir Əli Əsədov Mixail Qusmanı yubileyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Şərəf" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi vurğulanıb, humanitar əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransının uğurla keçdiyi və xalqlar arasında münasibətlərə müsbət təsir göstərdiyi vurğulanıb. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı