Baş Prokurorluq polis əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yaydı

Baş Prokurorluq polis əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yaydıFevralın 12-də Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis serjantları 1990-cı il təvəllüdlü Eldəniz Məmmədov və 1992-ci il təvəllüdlü Coşqun Məmmədlinin xidməti vəzifələrini icra edərkən kəsilmiş-deşilmiş bədən xəsarətləri alması barədə daxil olmuş məlumat üzrə aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, həmin gün saat 17 radələrində tanışını döydükdən sonra bıçaqla özünə xəsarət yetirib hadisə yerini tərk etmiş 1994-cü il təvəllüdlü Babayev Aydın Taleh oğlunun yaşadığı ünvana gedərək polis bölməsinə dəvət etmək istəyən polis əməkdaşlarına sonuncu müqavimət ğöstərməklə mətbəxdən götürdüyü bıçaqla hər iki polis əməkdaşına xəsarətlər yetirib hadisə yerindən qaçmışdır.
Baş Prokurorluqdan KONKRET.az-a verilən məlumata görə, Aydın Babayevin tutulub istintaqa cəlb olunmasından ötrü fevralın 13-də saat 12 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşlarının birgə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Babayevin yeri müəyyən edilmiş, sonuncu polis əməkdaşlarına özünü və polis əməkdaşlarını qanunsuz saxladığı əl qumbarası ilə partladacağını bildirməklə silahlı müqavimət göstərməyə cəhd edərkən zərərsizləşdirilərək məhv edilmişdir.
Hadisə yerinə prokurorluq əməkdaşları tərəfindən baxış keçirilərkən A.Babayevin meyitinin yanından sonuncuya məxsus "LLama cal 32" markalı tapança və "F-1" markalı fitili ilə birlikdə qumbara, əynində olmuş şortikin sağ yan cibindən narkotikə bənzər bir bükümdə maddə, evin içərisində 1 ədəd, evin həyətindən 3 ədəd giliz aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülmüşdür.
Həmçinin, araşdırmalarla müəyyən edilmişdir ki, Səbail rayon polis idarəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Aydın Babayevə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunmuşdur.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinin istintaqının aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdır.
Hazırda istintaq tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 13 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler iqtisadiyyat xeberleri bugun cəbhədən son xəbər azerbaycan son xeber bugun