Baş verənlər fonunda Zelenskinin və Ukraynanın sonu necə olacaq? - KRİTİK AÇIQLAMA

Baş verənlər fonunda Zelenskinin və Ukraynanın sonu necə olacaq? - KRİTİK AÇIQLAMARusiya-Ukrayna müharibəsində ruslar qarşı tərəfi təslim olmağa, ərazilərindən əl çəkməyə təhrik edir. Ukrayna isə təslim olmur və Qərbin köməyi ilə müqavimət göstərir. İndi hadisələr fərqli yöndə inkişaf edir. Donald Tramp daha Ukraynaya kömək etməyəcəklərini deyir. Rusiya isə yenə işğalçılıq siyasətini davam etdirir.
Hətta Rusiya rəsmləri bəzi qıcıqlandırıcı bəyanatlar verməkdən belə çəkinmirlər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Volodimir Zelenski Ukrayna şəhərlərini və mülki insanları vura, "çirkli bomba"dan istifadə edərək günahı Rusiyasnın üzərinə ata bilər. Açığı, Medvedevin bu iddiası ağılabatan deyil. Sadəcə ruslar öz ambisiyalarını davam etdirmək üçün müxtəlif variantlara əl atırlar.
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd KONKRET.az-a açıqlamasında bildirib ki, bu, Rusiyanın növbəti təxribatıdır:
"Avropa İttifaqına daxil olan bir çox dövlətlər açıq şəkildə bəyan etdilər ki, ABŞ bizimlə düşmənçilk münasibətindədir. Ukraynadkı bir çox siyasətçilər belə ayağa qalxıblar. Hətta Poroşenko bildirir ki, Zelenskinin siyasəti Ukraynanı Şimali Koreyaya döndərməkdədir. Amerika tərəfi isə verdiyi pulları geri istəyir. Onlar deyirlər ki, ya bizim indiyə kimi verdiyimiz pulu qaytarsınlar, ya da tələblərimiz yerinə yetirilməlidir. Təbii ki, Zelenski çalışır və ən azından Avropa ordusunun yaranmasını tələb edir, hansısa addımlar atmaq istəyir. Amma Avropa buna tam olaraq hazır deyil. Əgər bu, baş verərsə NATO-nun parçalanmasının şahidi ola bilərik. Hətta Aİ-nin taleyi belə sual altına düşür. İndi Ukrayna daxilində də iddialar var ki, Zelenski öz hakimiyyətini qorumaq üçün müxtəlif addımlar atacaq. Rusiya tərəfi isə iddia edir ki, Zelenski Moskvanı açıq ittiham etmək üçün öz ərazilərini bombalayar və dinc insanları öldürər. Hətta bildirirlər ki, Sumı və Xarkov vilayətləri də kapitulyasiya üçün qalib tərəfə verilsin. Əslində Avropada Zelenskinin vəziyyəti o qədər də yaxşı deyil. Çünki müharibəni bu günə qədər Qərb aparıb. İndi məlum olur ki, müharibənin sonu bunların istədiyi kimi alınmadı. Avropa müharibəyə xərclədiyi pulların hesabını tələb edəcək. Zelenskiyə sual verəcəklər ki, bu qədər dirəniş göstərməyin nəticəsi niyə belə oldu? Dolayısı ilə Avropanın özü də çətin vəziyyətdədir. Avropa Ukrayna ilə birlikdə vəziyyətdən çıxmaq üçün yollar axtarır. ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı ortaya qoyduğu mövqe Kiyev və Aİ-ni çıxılmaz vəziyyətə salıb. Ya onların təklif etdiyi sülhə gediləcək, ya da müharibə davam edəcək. Müahribənin davam etdirilməsi isə Ukrayna üçün çətin olacaq".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 19 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun son xeber.az en son xeberler cəbhədən son xəbərlər