BASF Azərbaycanın neft-kimya sənayesində fəaliyyətini genişləndirmək niyyətindədir
"Almaniyanın BASF şirkəti Azərbaycanın neft-kimya sənayesində biznesini genişləndirmək niyyətindədir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə "BASF Azerbaijan" MMC-nin icraçı direktoru Tolqa Baysinop deyib.
O bildirib ki, şirkət bu sahədə öz fəaliyyətini genişləndirməklə qeyri-neft sektorunun inkişafında rol oynayacaq:
"Qeyri-neft sektoru üçün əlçatan və yüksək keyfiyyətli xammal yekun məhsul istehsalı üçün vacib amildir. BASF qida sənayesi, əczaçılıq, tekstil, avtomobilqayırma üçün məhsul tədarük etməyi planlaşdırır. Bu sahələr son illərdə mühüm investisiyalar cəlb edib".
T.Baysinop qeyd edib ki, hazırda BASF Azərbaycanda kənd təsərrüfatı və neft-kimya sahələrində müştərilərlə müqavilələrə malikdir:
"Bu sahələr son illərdə ciddi inkişaf edib. BASF kənd təsərrüfatı sahəsində dərin təcrübəyə malikdir. Şirkət məhsul istehsalı sahəsində təcrübələrə malik olmaqla yanaşı, həm də fermerlərə məhsuldarlığın artırılmasını təmin etməyə kömək göstərir. Biz Azərbaycan fermerlərinə bu təcrübəni təqdim etdiyimiz üçün məmnunuq".
Şirkətin aşağı neft qiymətləri şəraitində əməliyyatları barədə danışan T.Baysinop deyib ki, BASF 2020-ci il üçün "Brent" markalı neftin bir barelinin orta qiymətini 60 dollar məbləğində proqnozlaşdırır.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar