Bayden mikrofonun açıq olduğunu unudub söyüş söydü - VİDEO

Bayden mikrofonun açıq olduğunu unudub söyüş söydü - VİDEOBayden mikrofonun açıq olduğunu unudub söyüş söydü - VİDEO
ABŞ lideri Co Bayden daha bir hadisə ilə gündəm olub. Bu dəfə o, mikrofonun açıq olduğunu unudub və söyüş söyüb.
Məlumata görə, bu, Florida ştatında Fort Myers Biç meri Rey Mörfi ilə görüşdə baş verib. Prezident məmurla söhbətində "İan" qasırğasından zərərçəkənlərə kömək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
"Heç bir şey Baydenə qalib gələ bilməz!" – deyən dövlət başçısı özünü saxlaya bilməyib, ardınca senzuradan kənar ifadələr işlədib.
Veriliş canlı yayımlandığından bununla bağlı  kadrlar sosial şəbəkələrdə geniş yayılıb.
Xatırladaq ki, Bayden təqribən bir həftə əvvəl tədbirdə çıxış zamanı da gündəm olmuşdu. Belə ki, o, bir ay əvvəl vəfat edən respublikaçı Ceki Valorski ilə danışmaq istəyib, bir neçə dəfə onu çağırıb, sonda isə cavab gəlmədiyini görərək onun harada olduğunu soruşub. 

Qeyd edək ki, ölkə tarixində ən dağıdıcı qasırğalardan birinə çevrilən "İan" qasırğası sentyabrın 23-də Yamaykadan təxminən 625 km cənub-şərqdə Atlantik okeanında əmələ gəlib və şimal-qərbə doğru irəliləməyə başlayıb. Milli Qasırğa Mərkəzinin məlumatına görə, sürəti saatda 250 km-ə çatan külək beşinci kateqoriyaya (ən təhlükəli) qədər güclənə bilər. Sentyabrın 27-da ştata çatan qasırğa Floridada çoxsaylı dağıntılara səbəb olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb. Təbii fəlakətin yaratdığı daşqınlar zamanı küçələrdə hətta köpəkbalığına rast gəlinib. Ştat rəsmiləri sakinlərə qasırğa səbəbindən küçələrdə başqa təhlükəli canlıların ola biləcəyi barədə xəbərdarlıq edib.
Mənbə: Daily Mail / oxu.az

Maraqlı       Tarix: 06 oktyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber son xeberler 2026 xəbər.az sonxeberler