Bayram Səfərov: "Özbaşına deyiləm ki, Şuşada ev tikdirim

Bayram Səfərov: "Şuşada gedən bərpa və yenidənqurma işlərindən xəbərim var. Şuşaya gedəndə orada aparılan işlərlə yaxından tanış oldum, bərpa işləri sürətlə davam etdirilir".
Bu sözləri Şuşanın icra başçısı Bayram Səfərov deyib. O xatırladıb ki, müharibədən sonra Şuşada yerləşən ata evini tapıb:
"Gedib evimizi ziyarət etdim, baxdım. Dağılıb... Bərpa etməyi arzulayıram. Göstəriş necə verilərsə, ona uyğun bərpa edəcəyəm. Bilirsiniz ki, Şuşanın planı hazırlanıb, özbaşına deyilik ki, istədiyimiz kimi haranı isə qurub düzəldək, nə isə tikək. Ali Baş Komandanımız Şuşanın bərpasına çox önəm verir, müvafiq tapşırıqlarını verib, o qədər zəhmət çəkilib. El necə, mən də elə... Məsləhət nə olsa, ona uyğun işimizi görəcəyik.
Şuşaya gedəndə ən təsirləndiyim elə torpağımı yenidən görməyim oldu. Ən gözəl iş Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi idi. Dağıntılar var. Nə edək?! Hamısı erməni vandalizminin sübutudur. Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, özümüz də bərpa edəcəyik".
İcra başçısının sözlərinə görə, artıq şuşalılar doğma yurdlarına qayıtmaq istəyirlər:
"Amma onların istəyi ilə deyil ki... Orada yaşamağa şərait olmalıdır, uşaqların məktəbdə oxumağı üçün təhsil müəssisələri qurulmalıdır, tibb xidməti təmin edilməlidir, bütün vacib işlər görülməlidir. Ölkə rəhbəri nə zaman qərar qəbul edərsə, əhalinin Şuşada yeni tikilən evlərdə məskunlaşması üçün şərait olacaqsa, onda şuşalılar ora köçəcəklər".
Şuşa şəhərinin açıq muzey olduğunu vurğulayan Bayram Səfərov bərpa-quruculuq işləri ilə bağlı təkliflərini də səsləndirib:
"Mən istərdim ki, görkəmli şəxsiyyətlərimizin oradakı ev muzeyləri, digər mədəniyyət nümunələri elə bərpa edilsin ki, tarix və müasirlik qovuşsun. Bütün Şuşaya gələn qonaqlar şəhərin qədim tarixini görə bilsinlər və bu günü ilə müqayisə etsinlər.
Sentyabrın 18-i Şuşada Musiqi Günü ilə bağlı yüksək tədbirlər keçiriləcək. Yəqin ki, artıq xarici qonaqlar üçün tanıtım lövhələri qurulub, şəhərimizin ermənilərdən qalan çirkabı təmizlənib, dağıntılar yığılıb. Xarici qonaqların daha gözəl Şuşa ilə qarşılaşacağına inanıram. Dəvət olunsam, mən də festivala qatılacağam".
/// Modern.az

Siyasi       Tarix: 16 sentyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 novruz bayramı son xeberler azerbaycan valyuta məzənnələri