Bayramqabağı əhalinin alıcılıq qabiliyyəti artır, bu da marketlərdə sıxlığa səbəb olur - Ekspert
"Son günlər Bakının ərzaq mağazalarında alıcılıq qabiliyyətinin artması bir neçə amillə əlaqədardır".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadi ekspert Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, əhalinin son günlər alıcılıq qabiliyyətinin artmasına əsas səbəblərdən biri Novruz bayramı ilə əlaqədardır:
"Bayramqabağı əhalinin alıcılıq qabiliyyəti artır, bu da marketlərdə sıxlığa səbəb olur. Digər tərəfdən, ötən həftə valyuta bazarında baş verən proseslər də buna təsir edib. Belə olan halda əhali arasında gərginlik yaranır. Düşünürəm ki, bu gərginliyin heç bir ciddi fundamental əsası yoxdur. Azərbaycanın istehlak bazarı lazımi səviyyədə təşkil olunub. Ölkənin istehlak bazarını lazımi səviyyədə məhsul və xidmətlərlə təchiz etmək qabiliyyəti var. İstehlak bazarını təmin etmək üçün ölkənin kifayət qədər resursları var. Bu məsələdə hansısa ajiotajın yaranması qeyri-konstruktivdir. Bununla bağlı aidiyyəti dövlət qurumları da müvafiq bəyanatlar verdi. Valyuta bazarında da artıq müəyyən sakitləşmə baş verib. Amma daha uzunmüddətli perspektivdə baş verən prosesləri nəzərə almalıyıq və buna görə də milli iqtisadiyyatımızın şaxələndirilməsinə, idxaldan asılılığın azalmasına, yerli real sektorun inkişafına daha çox önəm verməliyik".
Milli.Az /news.milli.az

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü