BƏƏ səfiri ölkəsinin yaranması ildönümündə Azərbaycanla əlaqələri yüksək qiymətləndirdi
BƏƏ səfiri ölkəsinin yaranması ildönümündə Azərbaycanla əlaqələri yüksək qiymətləndirdi
Bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 48-ci ildönümü qeyd edilib. Oxu.Az-ın məlumatına görə, tədbirdə çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi deyib ki, BƏƏ hər zaman sülh və əməkdaşlıq təşəbbüslərini dünyaya çatdırmaq üçün fəaliyyət göstərib. O bildirib ki, ölkəsi dünyanın müxtəlif dövlətləri ilə dostluq və yüksək səviyyəli münasibətlər qurmağa can atır.
M.Alqubaisi söyləyib ki, BƏƏ pasportunun indeksinin güclənməsi və "Pasport indeksi" göstəricilərinə görə liderliyini davam etdirməsi ölkəsinin diplomatiyasının əldə etdiyi ən böyük uğurlardan biridir.
Səfir BƏƏ ilə Azərbaycan arasındakı əlaqələrdən də söz açıb. Onun sözlərinə görə, BƏƏ ilə Azərbaycan arasındakı əməkdaşlıq, yüksək səviyyəli ikitərəfli münasibətlər qarşılıqlı hörmət əsasında qurulub.
"Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı şəkildə artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir," - deyə səfir əlavə edib.
Diplomat qeyd edib ki, bu göstəricilər və nailiyyətlər iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə səylərin nəticəsidir.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı