Begemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdı - FOTO

Begemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdı - FOTOBegemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdı - FOTO
Zimbabvedə safari zamanı begemotun dişləri arasından sağ çıxan və qolunu itirən Bələdçi Pol Templer mediada həmin dəhşətli anlarını bölüşüb.
Onun sözlərinə görə qorxunc hadisə Zambezi çayında safaridə olarkən baş verib. Onunla yanaşı, altı turist və üç kursant bələdçi üç kanoe ilə səfər edib.
Əvvəlcə hər şey yaxşı olub. Bir müddət sonra Pol uzaqdan begemot sürüsünü görüb. Kanoelər yavaş-yavaş heyvanlara yaxınlaşıb və bələdçi ehtiyatla onların yanından üzüb keçməyə qərar verib.
Begemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdı - FOTO"Birdən güclü bir zərbə oldu və mən kanoenin arxa hissəsinin havaya uçduğunu gördüm. Arxada oturan bələdçi Evans çaya yıxıldı", - deyə o, faciənin ilk anlarını xatırlayır.
Axın Evansı dişi begemot və onun balasına doğru aparırdı, buna görə Pol dərhal köməyə tələsib. O, digər bələdçilərə turistləri təhlükəsiz yerə aparmağı tapşırıb, özü isə kanoeni çevirib axınla batan bələdçiyə doğru yollanıb.
"Bu, Hollivud filmi kimi idi. Mən əyilirəm və Evans əlini uzadır. Barmaqlarımız az qala toxundu. Bu an aramızda olan su sadəcə partladı. Hər şey o qədər sürətlə baş verdi ki, heç nəyi dərk etməyə vaxtım yox idi".
Bir neçə saniyə sonra Pol özünü begemotun çənələri arasında görüb. Çabalayaraq həyatı üçün mübarizə zamanı o heyvanın ağzından çıxmağı bacarsa da, begemot yenidən onu dişləri arasına alıb, o tərəf-bu tərəfə silkələdiyi üçün isə Pol əlini cibindəki silaha çatdıra bilməyib. Begemot onu bir də buraxanda Pol sahilə doğru üzməyə çalışıb. Lakin quruya çatmazdan əvvəl ağzını geniş açıb yenə ona tərəf üzən begemotu görüb. Bələdçinin sözlərinə görə, bu tamaşanı ömrünün sonuna qədər xatırlayacaq.
Begemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdı - FOTOPol yenidən begemotun çənələri arasına düşüb. Dəqiqələrlə davam edən mübarizədən sonra  bələdçilərdən biri köməyə çatıb və onu heyvanın dişləri arasından xilas edə bilib.
Yaralı Pol kanoeyə yüklənərək səkkiz saat müddətində xəstəxanaya aparılıb. Bir ay xəstəxana çarpayısında yatan bələdçi bir neçə ağır əməliyyat keçirib. Cərrahlar Polun həyatını xilas edə, həmçinin ayaqlarını və bir qolunu bərpa edə biliblər. Zimbabvedə, ardınca isə İngiltərədə fiziki terapiya kursundan sonra begemotla döyüşdə itirdiyi qolun yerinə ona protez taxılıb. O, yenidən normal həyatına qayıdıb.
Polun sözlərinə görə, Evansın cəsədi hadisədən üç gün sonra çayda tapılıb.
"Bədənində heç bir xəsarət yox idi: çox güman ki, o, sadəcə boğulub", - deyə Pol bildirib.
Qorxunc təcrübəyə baxmayaraq, Pol baş verənlərin "anomaliya" olduğunu iddia edir və hər kəsə safariyə getməyi tövsiyə edir.
"Əlbəttə, gedin, ancaq yalnız məlumatlı adamla birlikdə", - deyə Pol xəbərdarlıq edib.
Begemotun ağzından salamat çıxan bələdçi həmin qorxunc anların təfərrüatını danışdı - FOTOMənbə: Lenta.ru / oxu.az

Maraqlı       Tarix: 15 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bu gun bugunun xeberleri son xeberler az