Bəhreyn Krallığının vəliəhdi Leyla Əliyevanı qəbul etdi – FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bəhreynə səfəri çərçivəsində Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, görüş zamanı iki dövlət və xalq arasında yüksək səviyyəli münasibətlərin mövcudluğu xüsusi vurğulanıb.
İkitərəfli əməkdaşlığın bundan sonra da müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Bəhreyn Krallığının Vəliəhdi Azərbaycanın hər zaman qlobal problemlərin həllinə dəstək olduğunu, bu çərçivədə ölkəmizin COP29 beynəlxalq tədbirinə də yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Ətraf mühitin qorunması sahəsində təşəbbüslərin davamı olaraq MAMA "Ana təbiət" sərgisinin Bəhreyndə təşkilinə görə təşəkkürünü çatdırıb. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın ətraf mühitin qorunmasına yönəlik Azərbaycanda və digər ölkələrdəki təşəbbüsləri yüksək qiymətləndirilib.
Görüş zamanı Azərbaycan və Bəhreyn arasında gələcək əməkdaşlıq layihələri sırasında beynəlxalq Ekspo sərgiləri, o cümlədən Yaponiyada aprel ayından başlayacaq Ekspo 2025 çərçivəsində birgə fəaliyyət üzrə də fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan və Bəhreynin Formula 1 kimi nüfuzlu yarışa uğurla ev sahibliyi etməsi vurğulanıb. Ölkəmizdə avtomobil idmanı üzrə yarışların keçirilməsinə önəm verildiyi və bu çərçivədə də gələcək əməkdaşlıq müzakirə olunub.


Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı