Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO

Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTOBeş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Uzun müddət uşaq sahibi ola bilməyən beş rəfiqə hamilə qalıb. Bu barədə "Daily Mirror" məlumat yayıb.
ABŞ-ın Nyu Cersi ştatının sakinləri olan Miki Berq, Amie Tomas, Kristin Metti, Kristin Heller və Seleste Zazzali ana olmaq arzusu ilə yaşayıblar. Onlar döl problemləri ilə üzləşən qadınlar klubunda görüşüblər. 2016-cı ilin iyun ayında Seleste Zazzali hamilə qalıb, bir neçə həftə sonra Heller hamilə olduğunu öyrənir, onun arxasınca isə digərləri.
Rəfiqələrinin də uşaq gözlədiyini bildikdən sonra Zazzali narahat olmağa başlayır. "Hər dördüncü qadının uşağını itirdiyini eşitmişdim. beş nəfər idik və istəmirdim kimsə uşağını itirsin", - deyə o bildirib.
Hamiləlik dövründə dostlar hər həftə görüşür, birlikdə yoqa dərslərində iştirak edir və hər gün yazışırlar. Onlar bildirirlər ki, dəstək qrupundakı görüşləri çox köməklərinə gəlib. "Hamımız bilirdik ki, hər birimiz hansı çətinliklərdən keçirik. Bir-birimizi başa düşdük və dəstəklədik", - deyə Zazzali söyləyir.
Qadınlar bildirirlər ki, sonsuzluq onları çox gücsüz hiss etdirirmiş, amma rəfiqələrin dəstəyi həmişə ruh yüksəkliyi verib.
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO2017-ci ilin fevral ayında ilk uşaq dünyaya gəlir. Digəri apreldə, qalan üçü isə  həmin ilin may ayında doğulur. O vaxtdan bəri qadınlar hələ də görüşür və bu görüşə onlar uşaqları ilə birlikdə gəlirlər. Rəfiqələr övladlarının böyüyüb yaxşı dost olacağına inanırlar.
Onların hamilə qalmalarına yardım göstərən həkim Maria Kostantini qadınların hələ də ünsiyyət saxlamasına təəccüblənmir:
"Çətin günləri yaşayan insanlar bir-biri ilə bağlı olduğunu hiss edirlər. Sonsuzluq bütün dünyanı alt-üst edən problemdir. Buna görə də onlar bir-birlərinə çox ehtiyac duydular".
Rəfiqələr artıq uzun müddətdir, hamilə qalmağa çalışan digər qadınlara hekayələri ilə ilham verərək kömək etmək istəyirlər. 

Maraqlı       Tarix: 31 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan ən son xeberler xankendi qurban bayrami 2026