Beş yaşınadək uşaqların nəm salfetlərdən istifadə etməsi məsləhət deyil

Beş yaşınadək uşaqların nəm salfetlərdən istifadə etməsi məsləhət deyilBeş yaşınadək uşaqların nəm salfetlərdən istifadə etməsi məsləhət deyil
Nəm salfetlər gündəlik həyatda ən çox istifadə edilən təmizlik vasitəsidir. Evin, iş masalarının tozunun alınmasında, yeməkdən əvvəl və sonra əllərin silinməsində istifadə olunur. Lakin təmiz və gigiyenik hesab olunan salfetlərin zərərli tərəfləri də var.
Nəm salfetlər azyaşlı övladı olan valideynlər üçün daha rahat və əlverişli sayılır. Lakin uşaqların dərisinin daha həssas olduğunu nəzərə alsaq, kimyəvi maddələrin onlara vurduğu zərəri təxmin etmək elə də çətin deyil.
AZƏRTAC xəbər verir ki, mütəxəssislərin fikrincə nəm salfetlərdə olan xlor, parabenlər və benzoy spirti uşaqların dərisində əksər hallarda dəri xəstəliklərinə, xüsusilə kontakt allergik dermatitlər və bəzən ekzemalara səbəb olur. Salfetin tərkibində olan parabenlərin müxtəlif qoxuları var. Onların astma xəstəliyi yaratma ehtimalı var. Nəm salfetlərdən istifadə ediləndən sonra quru salfet və ya adi su ilə təmizləmək çox vacibdir.
Mütəxəssislər tövsiyə edirlər ki, bu cür salfetlərdən istifadəni azaltmaq çətindirsə, tərkibində ətir və spirt olmayan salfetlərdən istifadə olunsun. Üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən ümumiyyətlə istifadə etmək olmaz:
"Hər dəfə gigiyenik vasitə kimi tualet kağızı əvəzinə nəm salfetlərdən istifadə edilməsi uşaqların büküş nahiyələrində nəm mühit yaradır.
Ona görə də 5 yaşınadək uşaqların ondan istifadə etməsi məsləhət deyil. Doğrudur, söhbət heç də bütün nəm salfetlərdən getmir. Salfetlərin üzərində onların tərkibi, xüsusiyyətləri haqqında yazılanları da var. Lakin bunların əks olunmadığı və gigiyenik baxımdan sağlam hazırlanmayan salfetlər təhlükə yarada bilər. / oxu.az

Maraqlı       Tarix: 08 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber